Sağlamlıq

Qocalıq əlehinə 5 qida - Yeyin, qocalmayın!

24 May 2015 19:28
5 Şərh     Baxış: 3 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az atv.az-a istinadən xəbər verir ki, xəstəliklər bədənin qüvvəsini alır və yaşlanmağa səbəb olur. Buna görə hər şeydən əvvəl düzgün və balanslı qidalanma rejiminə əməl etmək lazımdır. Məsələn, bu qidalar vaxtından əvvəl qocalmağa qoymur, həm də gəncliyin ömrünü uzadır.

Meşə giləmeyvələri - Meşə giləmeyvələri qocalmağa qoymur. Buraya: böyürtkən, moruq, qara üzüm, qaragilə kimi antioksidant tərkibli meyvələr daxildir. Bu meyvələr dərininin təravətini itirməyə qoymur.

Nar - Qırışların meydana gəlməsinə mane olur. Tərkibindəki C vitamini dərini daha sağlam edir.

Sarımsaq - Sarımsaq bir çox xəstəliklərdən qoruyan güclü antioksidantdır. Həmçinin bəzi dərmanlardan daha təsirlidir, xolesterolu aşağı salır.

Şokolad - Kakaonun tərkibindəki flavonoilər dərini günəşin zərərli təsirlərindən qoruyub qan dövranını sürətləndirir.

Avokado - Avokada meyvəsi E vitamini ilə zəngindir. Bu meyvə şişləri önləyir, dəri üçün sağlam komponentlər saxlayır. Başqa sözlə, dəri gözəlliyinin qeydinə qalır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.