Sağlamlıq

Potensiyanı gücləndirən VASİTƏlər

24 May 2015 11:25
0 Şərh     Baxış: 8 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Statistik göstəricilərə görə, potensiya zəifliyindən şikayətlənən kişilərin sayı kəskin şəkildə artmaqdadır. Tədqiqatlar nəticəsində bu statistikanın səbəbləri də müəyyənləşib və məlum olub ki, kişilərdə cinsi zəiflik yaradan əsas amillər aşağıdakılardır:

1. Hərəkətsizlik, oturaq həyat tərzi
2. Stress və gərginlik
3. Alkoqol və siqaret
4. Dərman pereparatlarının təyinatsız və düzgün qəbul edilməməsi
5. İş və istirahət rejiminin pozulması
6. Düzgün qidalanmamaq

Modern.az saytı potensiyanı gücləndirən 3 vasitə haqqında bilgiləri təqdim edir.

Yuxarıda sadalanan halların intim həyata göstərdiyi mənfi təsirindən qorunmaq üçün xalq təbabətində bir çox sınanmış vasitələr mövcuddur.

1. 100 qram qurudulmuş kəklikotu bitkisinin üzərinə 250 qram qaynar su əlavə olunur və 5-10 dəqiqə dəmlənilir. Tam soyuduqdan sonra süzülür. Üzərinə bir çimdik sarıkök əlavə olunur. Gün ərzində 2 dəfə yeməkdən sonra qəbul edilir. Bu dəmləməni həftə ərzində 3-4 gün qəbul etmək tövsiyə olunur.

2. 200 qram təmizlənmiş və xırda doğranılmış qozun üzərinə 200 qram bal elavə edilir. Qarışdırıldıqdan sonra bir neçə dəqiqə zəif odun üzərində saxlanılır. Sonra alınmış kütlə şüşə qaba boşaldılır. Gün ərzində 5-6 şay qaşığı qəbul edilir.

3. 1 kiloqram sarımsaq xırda doğranılaraq 3 litrlik balona tökülür və üzərinə qaynar su əlavə edilir. 1 ay müddətində hər gün bir dəfə çalxalanmaq şərtilə qaranlıq yerdə saxlanılır. Həmin müddətdən sonra alınmış cövhər gündə 1 dəfə, 1 çay qaşığı bir stəkan südə əlavə olunur və qəbul edilir.

Potensiyanın gücləndirilməsi üçün təbii vasitələrə daha çox üstünlük verilməlidir. Apteklərdə saysız-hesabsız çeşiddə təqdim olunan kimyəvi pereparatlar bir neçə saatlıq cinsi fəallığı və istəyi artırsa da, elə anındaca bir neçə daxili orqana yetərincə zərbə vurur.

Təbii vasitələrdən istifadə edin ki, intim həyatınız da təbii olsun. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.