Sağlamlıq

Sızanağa səbəb olan qidalar

27 Aprel 2015 20:30
0 Şərh     Baxış: 5 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sızanaqsız bir dəriyə sahib olmaq üçün dərinizə qulluq etmək və mütəmadi krem çəkmək kifayət deyil. Çünki gün ərzində yediklərimiz də sızanağa səbəb ola bilər.

Milli.Az bildirir Publika.az-a istinadən bildirir ki, sızanaq yaradan qidaları təqdim edir. Bu qidalardan uzaq duraraq daha gözəl və qüsursuz dəriyə sahib ola bilərsiniz.
 

Süd məhsulları

Süd məhsulları bir çox insanda sızanağa səbəb olur. Xüsusən, inəklərə verilən müxtəlif hormonlar onların südünə də bu təsir göstərir.
 

Tam təbii süd məhsulları da insan dərisi üçün zərərsiz deyil.
 

Südün sızanaqların çoxalmasında rolu təcrübə ilə təsdiq edilsə də, həmin mənfi təsirin səbəbi hələlik müəyyən olunmayıb. Odur ki, süd və süd məhsullarıyla qidalandıqda sızanaqların artdığını müşahidə edirsinizsə, onları menyunuzdan çıxarın. Südün ehtiva etdiyi vitamin və mineralları başqa qidalardan əldə etməyə çalışın.
 

Şəkər

"Fast-food" qidalardan və şirniyyatlardan uzaq durun. Çünki bu qidaların tərkibində olan şəkər immunitet sisteminə mənfi təsir edir. Nəticədə dəridə sızanaq çıxma ehtimalı artır. Qanda şəkərin səviyyəsi qalxanda da sızanaqlar çoxalır.

Şəkərli içkilər də immunitet sisteminə pis təsir edir. Üstəlik, şəkərli içkilər daha az su içməyə səbəb olduğu üçün sağlam dərinin düşməni hesab edilirlər.
 

İstiotlu qidalar

Ədviyyatlı, o cümlədən, istiotlu yeməkləri menyudan çıxarın. Çünki istiot və ədviyyatların çoxu sızanağa səbəb olur. Dərinizdə qızartılar varsa, yenə istiot və ədviyyatlardan şübhələnə bilərsiniz.
 

Qeyd edək ki, şokoladın sızanağa səbəb olduğu iddia edilsə də, araşdırmalar zamanı bunun yanlış məlumat olduğu ortaya çıxıb.

Qoz, fındıq, günəbaxan tumu və digər yağlı çərəzlər isə doğurdan da sızanaq səbəbi ola bilər.
 

Ümumiyyətlə, təmiz dəri naminə həddən artıq yağlı və ağır qidalardan uzaq durmaq məsləhətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.