Sağlamlıq

Bu dərmana etiket səhv vurulub? Facebook-da müzakirə, rəsmi reaksiya

27 Aprel 2015 15:05
0 Şərh     Baxış: 2 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ötən gün sosial şəbəkədə "Azərfarm" şirkətinə məxsus Perehidrol (perekis 30%) və kalsium-xlorid məhlullarına etiketlərin səhv vurulması barədə məlumat yayılıb.

Məlumatda qeyd olunur ki, Səhiyyə Nazirliyi həmin dərmanların yığışdırılması ilə bağlı apteklərə xəbərdarlıq edib. Bildirilir ki, dərmanlardan istifadə edən iki uşaq isə dünyasını dəyişib.

"Qafqazinfo" məsələni dəqiqləşdirmək üçün Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli ilə əlaqə saxlayıb. O bildirib ki, nazirlikdə sözügedən məsələ ilə bağlı məlumat yoxdur:

"Apteklərə bu barədə hər hansı xəbərdarlıq edilməyib. Biz bu informasiya əsasında araşdırmalara başlamışıq. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə açıqlama veriləcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.