Sağlamlıq

Arıqlamağa qoymayan mərəz

26 Aprel 2015 15:42
0 Şərh     Baxış: 4 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dəmir çatışmazlığı bir sıra xəstəliklərə səbəb olan problemdir. Ancaq yeni araşdırmalar göstərib ki, dəmir çatışmazlığından əziyyət çəkənlər köklüyə daha meyllidirlər. Üstəlik,  onlar istəsələr də, arıqlaya bilmirlər. Yəni kök insanda dəmir əskikliyi varsa, o nə qədər pəhriz saxlasa da, arıqlaya bilməyəcək. Çünki dəmir çatışmazlığı müəyyən hormonların nisbətinin  pozulmasına səbəb olur ki, bu da kökəlməklə nəticələnir. Milli.Az publika.az-a istinadən bildirir ki, dəmir çatışmazlığı arıqlama prosesinin də qarşısını alır.
 
Dəmir çatışmazlığına daha çox böyümə çağındakı uşaqlarda, menstruasiya olan gənc qızlarda, hamilələrdə və uşaq əmizdirən analarda, həmçinin sağlam qidalanmayan insanlarda rast gəlinir.
 
Hər ay mütəmadi olaraq menstruasiya keçirənlər 1 ml qanla 5 mg dəmir itirirlər.
 
Bu itirilən dəmir bərpa edilməlidir.
 
Dəmir çatışmazlığından əziyyət çəkən insanlar tez-tez acırlar. Ona görə də arıqlaya bilmir, hətta gün keçdikcə daha da kökəlirlər. Ən pisi isə odur ki, belə insanlar pəhriz saxlasalar, təhlükəli xəstəliklərə yaxalana bilərlər.
 
Mütəxəssislər tez-tez acan və üşüyən insanlara qan azlığı və dəmir çatışmazlığından şübhələnmələrini və həkimə müraciət etmələrini tövsiyə edirlər. Əgər arıqlaya bilməməyinizin səbəbi dəmir çatışmazlığıdırsa, o zaman bol miqdarda dəmir ehtiva edən qidalar yeyərək bu problemi kökündən həll etməlisiniz.
 
Qeyd edək ki, orqanizmdə dəmir çatışmazlığı baş verdikdə yorğunluq, əsəbilik, yuxusuzluq, saç tökülməsi kimi əlamətlər ortaya çıxır.
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.