Sağlamlıq

Apteklərdə qiymət fərqinin səbəbi nədir? - VİDEO

16 Aprel 2015 12:04
1 Şərh     Baxış: 1 719
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
TTV (Region TV) xəbər verir ki, Nazirlər Kabinetinin 2015-ci ilin 1-ci rübünün sosial iqtisadi inkişafının yekunlarına dair iclasında prezident İlham Əliyev ölkədə dərmanların  satışındakı qiymət artımı  ilə bağlı narahatlığını ifadə etdi. Səhiyyə Nazirliyinə məsələ ilə bağlı təcili tədbirlərin görülməsi tapşırıldı. Dövlət başçısının qeyd etdiyi kimi, problem paytaxtla yanaşı, hazırda bütün bölgə apteklərini də əhatə edir. Məsələn, hazırda Tovuzdakı apteklərdə eyni adlı dərmanlar müştərilərə müxtəlif qiymətlərlə təklif olunur. Hazırladığımız şərti reseptə 3 dərman adı yazıb müxtəlif apteklərə müraciət etdik - "Sinnarizin", "Valokordin" və  "Aspirin".

"Valokordin"in qiymətində fərq var. Bir aptekdə 1 manat 20 qəpik, digərində 1 manat 30 qəpikdir. Halbuki satıcılar aptekə gətirilən dərmanların əczaçı şirkətlərdən vahid qiymət əsasında qəbul ediklərini etiraf edirlər.

Beləliklə, dərman almaq istəyən alıcı müqayisə üçün müxtəlif aptekləri gəzməli olur. Bununla  yanaşı, eyni tərkibi olan müxtəlif adlarda çoxlu sayda dərman çeşidlərinə də rast gəlinir. Həmin dərmanlarda isə qiymətlər bir-birindən kəskin şəkildə  fərqlənir. Hər halda, yaxın vaxtlarda bu fərqin aradan qaldırılacağı qaçılmazdır. Çünki dərman satışında vahid qiymət sisteminə keçidlə əlaqədar Sənaye və İqtisadiyyat Nazirliyinə və Səhiyyə Nazirliyinin qarşısına konkret tapşırıqlar qoyulub. İcra üçün qısa vaxt verilib. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.