Orqanizm üçün bir çox faydaları olan kinkan meyvəsini həm də "yapon apelsini", "müdriklərin qidası" da adlandırırlar. Şərq təbabətində bu meyvədən hələ qədim zamanlardan istifadə olunub.
Milli.Az modern.az-a istinadən sağlamlıqla bağlı növbəti yazıda kinkan meyvəsinin faydalarını təqdim edir.
Kinkanın tərkibi A, C, E, B qrup vitaminlərlə, həmçinin kalium, kalsium, fosfor, sink, maqnezium, mis və dəmirlə olduqca zəngindir.
Kinkan meyvəsinin faydalı xüsusiyyətlərindən biri sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərməsidir. Stressə qarşı mübarizədə bu meyvə effektli vasitələrdən biridir. O sinirləri sakitləşdirməklə yanaşı yorğunluğu aradan qaldırır, fiziki və zehni fəaliyyət zamanı məhsuldarlığı artırır.
Kinkan meyvəsindən müntəzəm istifadə etməklə xolesterinin miqdarını aşağı salmaq olar.
Kiçik meyvənin böyük faydalarından biri də odur ki, o orqanizmin immun sistemini gücləndirir, bədənin xəstəliklərə qarşı müqavimətini artırır.
Kinkan təbii və güclü antioksidant olmaqla sərbəst radikallara qarşı mübarizə aparır.
Yüksək qan təzyiqindən şikayətlənənlər üçün təbii dərmandır.
Kalsiumla zəngin olduğndan sümüklər üçün olduqca faydalıdır.
Maddələr mübadiləsini normallaşdırır, həzm sisteminin işini acanlaşdıraraq yaxşılaşdırır.
Az kalorili olduğundan kinkanı pəhriz qidası kimi istifadə etmək olar. Piylənmədən və artıq çəkidən əziyyət çəkənlər üçün bu meyvə xeyirlidir.
Kinkandan hazırlanmış cövhər ürək-damar sistemi üçün faydalıdır. Bu cövhəri hazırlamaq üçün 500 qram kinkan meyvəsini qabığını soymadan əzmək və 300 qram balla qarışdırmaq lazımdır. Gün ərzində 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl bir çay qaşığı qəbul edilməlidir.
Kinkan meyvəsinin tərkibində infeksiyalara qarşı mübarizə aparmağa kömək edən maddələr var ki, soyuqdəymə, öskürək, tənəffüs yollarının xəstəlikləri zamanı o sağalmanı tezləşdirir.
Mütəxəssislər kinkan meyvəsini qabıqlı istifadə etməyi məsləhət görürlər.
Allergiyaya meylli olanlar bu meyvədən məhdudiyyətlə istifadə etməlidirlər.
Kiçik meyvənin böyük faydalarından bəhrələnmək istəyirsinizsə kinkanı qida rasionunuza daxil edin.
Milli.Az
Sağlamlıq
Kim ki yüz il yaşamırsa... - kiçik meyvənin BÖYÜK FAYDALARI
16 Aprel 2015 00:17
4 Şərh
Baxış: 34 864
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Pendirdən imtina etməyin 4 əsas səbəbi
- Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
- Azərbaycanda 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı - FOTO
- Azərbaycanda şirkət 20 min, vəzifəli şəxs 3 500 manat cərimələndi
- İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
- Nazirdən Nəzrinlə Mərdana hədiyyə - FOTO
- Yaşadığı ünvandan 51 kiloqram aşkarlandı - FOTO
- Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək real görünür
- “Damla onunla evlidir, etiraf edəcək" - FOTO
- İlham Əliyev: Ermənistan Naxçıvan MR ilə yol əlaqəsini qurmaq imkanını bloklayır
- Azərbaycanın xarici dövlət borcu açıqlandı
- ABŞ Dövlət Departamenti İrandakı azərbaycanlıların vəziyyətindən danışıb
- Hikmət Hacıyev: Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir
- Prezident: Çinlə əməkdaşlıq müxtəlif sahələrdə genişlənir
- Şəbnəm vəfat edən prodüserinin məzarı başında GÖZ YAŞI TÖKDÜ - VİDEO
- "Bu, mənim karyeramın ən önəmli matçıdır"
- Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
- Faiq Ağayev Aygün Kazımova ilə sevgili olub?
- Aprelin 23-nün ən xoşbəxt bürcü: Uğur qazanmaq üçün hər şansınız var
- İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə töhfə vermək fürsəti kimi də baxırıq
- Yunus Oğuzun "Cığır"ı Qəbələdə - FOTO
- Qulaq cingildəməsinin elmi izahı
- “Onlarla futbol oynayanda hiss edirsən ki, qarşında rəqib var” - VİDEO
- Məşhur reper silahlı hücumda ÖLDÜRÜLDÜ