Sağlamlıq

Allergik xəstəliklər hansı səbəbdən baş verir? - VİDEO

1 Aprel 2015 19:05
0 Şərh     Baxış: 2 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaz fəslinin gəlməsi bir çox xəstəliklər kimi allergiyaların da artmasına səbəb olub. TTV (Region TV) xəbər verir ki, xəstəlik səpkilər, gözlərdə baş verən qaşınma, sulanma, bəzən el arasında gün qripi adlandırdığımız qrip şəklində özünü biruzə verir. Həkimlər bunun sırf fəsillə bağlı olduğunu təsdiqləyirlər.
 

Həkimlər aptekdən dərman alaraq özünü müalicə etmək istəyənləri diqqətli olmağa çağırırlar. Çünki allergiya sadə görünsə də, mürəkkəb mexanizmlərlə baş verir. Allergik xəstələr müalicə olunmasa bronxit, bronxial asma və əlilliyə səbəb olan xroniki tənəffüs çatışmazlığına gətirib çıxara bilər. Allergiyaya meylliliyi olan insanlara tərkibində kimyəvi maddələr və konservantlar olmayan təbii qida məhsullarından istifadə etmələri tövsiyə olunur.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.