Sağlamlıq

"Ebola" virusunu 15 dəqiqəyə aşkarlayan preparat hazırlandı

1 Aprel 2015 13:24
0 Şərh     Baxış: 1 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yaponiyanın "Denka Seiken" şirkəti və Hokkaydo Universitetinin alimləri tərəfindən hazırlanmış yeni preparat "Ebola" virusunu 15 dəqiqəyə aşkarlayır.

Trend-in "Ria Novosti"yə istinadən verdiyi məlumata görə, bu preparat şirkətin qriplə bağlı başqa bir məhsulunun əsasında hazırlanıb. Preparatda olan diaqnostik qurğu ovcun içinə yerləşir, asanlıqla daşına bilir və elektrik enerjisi tələb etmir.

Hokkaydo Universitetinin Zoonoz İnfeksiyaların Tədqiqatı Mərkəzinin alimləri "Ebola" virusuna yoluxmuş meymunların qan zərdabı üzərində sözügedən preparatı uğurla sınaqdan keçiriblər. Yaxın günlərdə həmin preparat insan qanının zərdabı üzərində də yoxlanılacaq. Alimlər hesab edirlər ki, xəstəliyin tez aşkarlanması virusun yayılmasının qarşısını ala bilər.

Professor Ayato Takadu "Kiodo" agentliyinə bildirib ki, yeni preparatın geniş tətbiqinə mümkün qədər tez başlamaq üçün araşdırmalar davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.