Sağlamlıq

Ölkədə əhalinin peyvəndlənməsinə başlanılacaq

30 Mart 2015 13:29
0 Şərh     Baxış: 1 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Respublikada aprel ayının 20-dən 25-dək qızılca və məxmərəyə immunlaşdırma həftəsi keçiriləcək

Bu məlumatı Movqe.az-a Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva verib.

A. Əliyeva bildirib ki, immunlaşdırma həftəsinin keçirilməsində məqsəd yuxarı yaş qruplarında qızılca və məxmərəyə qarşı əhalinin immun sisteminin gücləndirilməsidir. A. Əliyeva bildirib ki, artıq ölkənin bütün şəhər polikilinikalarına qızılca və məxmərəyə qarşı peyvəndlərin göndərilməsinə başlanılıb.

Direktor müavini deyib ki, ölkədə miqrasiya prosesi daim davam edir. Azərbaycana gələnlərin və ölkəmizdən xaricə gedənlərin sayı kifayət qədərdir. Ona görə də, əhali arasında yuxarı yaş qruplarında da qızılca və məxmərəyə qarşı peyvəndləmə işlərinin aparılmasına başlanılacaq.

A. Əliyeva 2006-cı ildə 35 yaşa qədər əhali arasında bu yoluxucu xəstəliyə qarşı peyvəndləmə işinin aparıldığını, bu ayın 20-dən etibarən isə bütün yuxarı yaş qrupları üzrə aparılacağını söyləyib: "Respublikanın istənilən rayonunda əhali bu yoluxucu xəstəliyə qarşı vaksin olunmaq üçün müraciət edə bilər. Onlar tibbi müayinədən sonra vaksin ediləcəklər. Bu isə miqrasiya baş verdikdə insanları qızılca və məxmərəyə qarşı immun sisteminin gücləndirilməsinə səbəb olacaq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.