Sağlamlıq

Bakıda məşhur baş həkim işdən azad olundu - YENİLƏNİB

29 Mart 2015 12:05
10 Şərh     Baxış: 20 207
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:05

Azərbaycan Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Mürsəl Həmidov yeni vəzifəyə təyin olunub.

M.Həmidov "Report"a açıqlamasında məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, bu gündən etibarən Respublika Səhiyyə Nazirliyinin Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkim vəzifəsində işə başlayıb. Bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb: "Martın 18-də yeni vəzifədə olmalıydım. Lakin bayram günlərində köhnə vəzifəmi də davam etdirirdim. Eyni zamanda, həmin günlər yeni işimdə də çalışırdım. Ancaq bu gündən sırf yeni işimdəyəm".

M.Həmidov əlavə edib ki, əvvəllər sırf Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışırdısa, artıq bundan sonra Respublika Səhiyyə Nazirliyinin Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkim vəzifəsində olacaq: "Bundan sonra respublikanın magistral yollarındakı yol-nəqliyyat hadisəsi və rayonlarda baş verən kütləvi hadisələrlə məşğul olacaq".

O, həmçinin qeyd edib ki, Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsinə Rauf Nağıyev təyin olunub: "Bu da təbii ki, nazirin müvafiq əmri ilə olub".

Qeyd edək ki, Rauf Nağıyev uzun müddətdir səhiyyə sahəsində çalışır. O, əvvəllər Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkimin müavini vəzifəsində işləyib. 2011-ci ildə Rauf Nağıyev səhiyyə nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. R. Nağıyev həmin ildən Bakı şəhər Baş Səhiyyə İdarəsində rəis müavini vəzifəsində çalışıb.

---------
10:44

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov tutduğu vəzifədən azad olunub.

Anspress-in məlumatına görə, səhiyyə nazirinin müvafiq əmri ilə onun yerinə Rauf Nağıyev təyin olunub.

Hadisə ilə əlaqədar Mürsəl Həmidovla əlaqə saxladıq. Həkim Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında tutduğu vəzifədən azad olunduğunu təsdiqlədi.

Mürsəl Həmidov bildirdi ki, hazırda Səhiyyə Nazirliyinin təcili yardımında baş həkim vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Rauf Nağıyev uzun müddətdir səhiyyə sahəsində çalışır. O, əvvəllər Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında baş həkimin müavini vəzifəsində işləyib. 2011-ci ildə Rauf Nağıyev səhiyyə nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. R. Nağıyev həmin ildən Bakı Şəhər Baş Səhiyyə İdarəsində rəis müavini vəzifəsində çalışıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.