Sağlamlıq

Əhaliyə xəbərdarlıq

27 Mart 2015 15:26
1 Şərh     Baxış: 5 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yazda insanlarda olan əksər xroniki xəstəliklər kəskinləşir. Bu səbəbdən istənilən xroniki xəstəliyi olan insan buna hazır olmalı, əvvəlcədən müalicə həkiminin müayinəsindən keçməli, lazım olduqda müəyyən müalicə kursu almalıdır.

Bundan əlavə yaxşı qidalanın, tez-tez açıq havada olun, idman və bədən tərbiyyəsi ilə məşğul olun, həddən artıq yorulmayın, streslərdən uzaq olun, vaxtında yatın. Bu sadə tədbirlər sizə yazı keçirməyə kömək edəcək.

Yazda hətta sağlam insanların əksər hissəsi avitaminozdan əziyyət çəkir. Yazda bizim orqanizmimiz zəif olur, ona vitamin və mikroelementlər çatışmır. Məhz bu səbəbdən biz tez yoruluruq, əsəbi, halsız oluruq. Bir çox insanlarda dərisinin, saçların, dırnaqların vəziyyəti pisləşir. Üz dərisi solğun, quru olur, qabıq verir, ağızın qıraqlarında çatlar əmələ gələ bilər. Saçlar kövrək olur, tökülür, dırnaqlar laylanır, qırılır, damaqlar qanamağa başlaya bilər.
 

Bu halda vitamin-mineral komplekslərin qəbulu sizə çox yaxşı kömək edə bilər. Lakin bu kompleksləri yalnız həkim məsləhəti ilə qəbul etmək olar. Bundan əlavə qidalanmanıza da fikir verin. Yarmalar, meyvə-tərəvəz, göyərti, balıq, ət, süd məhsulları sizin qidalanmanızda daim olmalıdır.

Yazda soyuqdəymə xəstəliklərin, virus infeksiyaların, nəfəsalma sistemi xəstəliklərin sayı kəskin artır. Bunun səbəbi immunitetin zəifləməsidir. Zəifləmiş immunitet insanı virus və bakteriyaların hücumundan qoruya bilmir.

Bu halda yenə də vitamin-mineral komplekslərin qəbulu, yaxşı qidalanma, havaya uyğun paltar əsas profilaktik tədbirlərdir. Çöldən evə qayıtdıqda əllərinizi yaxşı yuyun, boğazınızı çobanyastığı və ya sürvə kimi otların dəmləmələri ilə yaxalayın, burnunuzu dəniz suyu (və ya adi duzlu su ilə) yuyun. Tez-tez açıq havada olun, immun sisteminizi möhkəmləndirin (bal, limon, otlar dəmləmələri və s.).

Yazda allergik xəstəliklər də kəskinləşir. Əgər sizdə bu xəstəliklər varsa, əvvəlcədən həkimlə məsləhətləşin və lazım olan müalicə alın.

Xroniki mədə-bağırsaq sistemi xəstəlikləri də yazda kəskinləşir. Xüsusilə bu qastrit və 12 barmaq bağırsağı xorası xəstəliyi kimi xəstəliklərə aiddir.

Pəhrizə daha ciddi riayət edin, gün ərzində daha tez-tez (5-6 dəfə) və daha az miqdarlarda qida qəbul edin; yağlı, duzlu, qızardılmış qidalardan, ədviyyatlardan, spirtli içkilərdən və qazlı sulardan imtina edin.

Yazda insanlar sidik ifrazı sistemi xəstəliklərinə daha tez-tez tutulur.

Havaya uyğun geyinin, ayaqlarınızı və bel hissəsini istidə saxlayın, duzlu və ədviyyatlı qidalardan imtina edin, sidik kisəsinin tez-tez boşaldın (sidiyi saxlamayın - bu çox ziyanlıdır), qəbizliklərə yol verməyin.

Yazda, həmçinin ürək xəstəlikləri, hipertoniya, oynaqlar xəstəlikləri, psixiki xəstəliklər də kəskinləşə bilər.

Saglamolun.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.