Bu gün dünyada olduğu kimi, Azərbaycanda da hepatit B və hepatit C virusları, o cümlədən onların ağırlaşması nəticəsində yaranan qaraciyər sirrozu və qaraciyər xərçəngi geniş yayılıb. Trend-in məlumatına görə, bunu Respublika Diaqnostika Mərkəzinin (RDM) həkim-qastroenteroloqu Arzu Yusifova hepato-qastroenterologiyaya həsr olunan beynəlxalq seminarda çıxışı zaman deyib.
Bu gün Azərbaycanda qaraciyər sirrozundan əziyyət çəkənlərin statistikasının aparılmamasına təəssüflənən A.Yusifova bildirib ki, adətən, hepatit virusları müalicə olunmadıqda qaraciyər sirrozu, qaraciyər sirrozu müalicə olunmadıqda isə qaraciyər xərçəngi yaranır.
RDM-in həkim-qastroenteroloqunun sözlərinə görə, hepatit B və C virusları insanlara tibbi müəssisələrdə yetərli qədər sterilizasiya olunmayan alətlər vasitəsilə keçir. Hepatit B, adətən, narkotik vasitə istifadəçilərində, qorunmamış cinsi əlaqələr nəticəsində yaranır, hepatit C virusu isə insana bu virusu daşıyan donorun qanı vasitəsilə də ötürülür: "Bir çox hallarda xəstənin bunlardan xəbəri olmur və qaraciyər sirrozuna yoluxur. Bu xəstəliklərin müalicəsi var. Әgər onlar vaxtında müalicə olunarsa, qaraciyər sirrozu yaranmaya bilər".
A.Yusifova qeyd edib ki, insanlar alkoqollu içkilərdən çox istifadə etdikdə də qaraciyər sirrozu və qaraciyər xərçəngi yaranır. Amma bəzi hallarda bu xəstəliklərin yaranmasında genetik faktorların da rolu böyük olur. Bəzən insan hepatit virusuna yoluxmadan, alkoqollu içkilərdən istifadə etmədikdə belə, qaraciyər xərçənginə mübtəla olur: "Bunda da yalnız genetik faktor rol oynayır. Azərbaycanda qaraciyər xərçəngi daha çox müalicə olunmayan hepatit viruslarının fəsadları olaraq yaranır".
Həkim-qastroenteroloqun sözlərinə görə, Azərbaycanda insanlarda qaraciyər xərçəngi, əsasən, bu virusların müalicəsinə gec başlanılması və qaraciyər sirrozunun uzun müddət davam etməsinin nəticəsi olaraq yaranır.
A.Yusifova deyib ki, bu gün Azərbaycanda hepatit virusları hepatit B və hepatit C, o cümlədən onların ağırlaşması nəticəsində yaranan qaraciyər sirrozu və qaraciyər xərçəngi geniş yayılıb.
RDM-in direktoru Cavid Abdulqədirov bildirib ki, Türkiyənin tanınmış alimlərinin iştirak etdiyi seminar həkimlərə bu sahə üzrə müalicə metodları barədə təcrübələrini bölüşməyə və gələcəkdə yeni nailiyyətlər əldə etməyə imkan verəcək. Direktor belə seminarların gələcəkdə də davamlı olaraq keçiriləcəyini söyləyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- Bu asılılıq uşaqlarda ruhi xəstəliklərə səbəb olur
- Xərçənglə mübarizədə zəncirotu faydalıdırmı? - VİDEO
- Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır
- Pişiyin xəstə olduğunu necə başa düşmək olar? - Burnuna toxunmayın
- Mütəxəssisdən çörək, makaron və kartofla əlaqədar MARAQLI TÖVSİYƏ
- Keratinin qorxunc fəsadından danışan dermotoloq: "Zəhərdir" - VİDEO
XƏBƏR LENTİ
- Dünyanın ən gözəl idmançısı dekolteli kombinezonda POZ VERDİ - FOTO
- Lalə dəyişib belə OLDU - FOTOlar
- Formada qalmaq üçün sevgilisi ilə hər gecə bunu edir - FOTOlar
- Paşinyan: Növbədənkənar seçkilər planlaşdırılmır
- Başlıbel qətliamından 31 il ötür
- "Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama - FOTO
- Günün qoroskopu: Tərəfdaşla münasibətlərdə ikinci dərəcəli məsələləri qabartmayın
- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu
- Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
- "Bala Hatun"un sevgilisi "Kuruluş Osman"da - FOTO
- Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?
- Ukraynada mer 9 il müddətinə azadlıqdan məhrum edilib
- Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı
- "Real" bu türk futbolçunu alır: qiyməti hər kəsi şoka saldı - FOTO
- Qapıçılarla bağlı qaydalar dəyişir
- CHP sədri Özgür Özəl AŞPA-da Azərbaycana dəstəyini ifadə edib
- KİV: İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıb
- Hollivud ulduzu Putini vuracağını AÇIQLADI
- Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
- Hakan Fidan: “Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik”
- Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü - FOTO
- Gürcüstanda etirazçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar - FOTOlar
- Qələbə “Gəncə”nin, final "Azərreyl"in
- Stoltenberq Zelenski ilə Ukraynanın təcili ehtiyaclarını müzakirə edib