Sağlamlıq

Qara çayın bu faydası heç ağlınıza gəlməzdi

28 Fevral 2015 00:20
2 Şərh     Baxış: 9 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qara çay təkcə hamının sevdiyi içki deyil. Həm də bir çox dərdin dərmanıdır.

Milli.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, yaponiyalı alimlər çayın yeni faydalarını üzə çıxarıblar. Onlar iddia edirlər ki, mütəmadi olaraq çay içmək insanın fiziki sağlamlığına müsbət təsir göstərir və sümükləri möhkəmləndirir. Çayın tərkibində olan polifenol maddəsi sümüyün zəifliyi zamanı yardımçı olur.

Yaponiyalı alimlərin tədqiqatı prosesinda sümük zəifliyi olan siçanların damarlarına polifenol qarışığı olan maddə vurublar. Bir neçə gündən sonra siçanların sümükləri bərkiyib. Toxumaya zərər vuran osteklast adlanan hüceyrələr azalıb. Qeyd etmək lazımdır ki, tədqiqat zamanı siçanlara 20 fincan çayda olan polifenol dozası vurulub.

Osaka universitetinin alimi Keydzo Nisikava deyir ki, tərkibində polifenol olan qida əlavələrinin qəbulu da osteoporoz kimi xəstəliklərin qarşısını alır.

Yaponiyanın Səhiyyə Nazirliyinin məlumatına görə, gündoğar ölkənin on milyon sakini sümük sistemində müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.