Sağlamlıq

Ailə həyatı quran gənclər tibbi müayinədən keçirlər? - VİDEO

27 Fevral 2015 11:49
0 Şərh     Baxış: 2 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu ilin ötən dövründə Mingəcevir Şəhər Qadın Məsləhətxanasında ailə qurmağa hazırlaşan 10 gənc nikahdan əvvəl tibbi müayinədən keçib.

Milli.Az El TV-yə (Region Tv) istinadən xəbər verir ki, oğlanlar əsasən yoluxucu və qan xəstəliklərinə, qızlar isə gələcəkdə nəsil artırma qabilyyətlərinin olub-olmaması ilə bağlı yoxlanılıblar. Onların heç birində ciddi xəstəlik aşkarlanmayıb:

"Yüngülvari xəstəliklər aşkarlanıb.  Onların da qarşısı alınıb,  gənclərə bilgi verilib, arayışlar təqdim edilib", - deyə həkim Vüsalə Rüstəmova bildirib. Vüsalə Rüstəmova deyir ki, nikahdan əvvəl müayinədən keçmək dünyaya gələcək uşağın sağlamlığı üçün çox vacibdir.

Xatırladaq ki, bu ilin yanvar ayının 1-dən qüvvəyə minən qanuna əsasən, nikaha girənlər müayinədən keçməlidirlər. Onlara həkim tərəfindən arayış verilməlidir. Nikaha daxil olanlar risklər barədə məlumatlandırılmalıdırlar. Nikaha girib-girməmək isə həmin şəxslərin öhdəsinə buraxılır.  Qanunda yalnız psixi durumu anlaqsız olan şəxslərə nikaha girməyə icazə verilmir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.