Müntəzəm olaraq qida rasionumuza daxil etdiyimiz yumurtanın sağlamlıq üçün dəyəri haqqında çox şeylər bilsək də, yumurta qabığındakı faydalardan yəqin ki, çoxları xəbərsizdir.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, Amerika və Hollandiya alimləri yumurta qabığını rəsmi kiliniki sınaqdan keçirərək, aşkar ediblər ki, o ideal və təbii kalsium mənbəyidir. Bununla yanaşı, yumurta qabığının tərkibi insan orqanizmi üçün vacib olan fosfor, maqnezium, kalium, natrium, dəmir, mis, silisium, amin turşuları və digər komponentlərlə zəngindir.
Yumurta qabığı orqanizm tərəfindən olduqca asan mənimsənilir.
Tərkibinə görə yumurta qabığı insanın sümüklərinə və dişlərinə oxşayır. O beyin hissədə olan sümüklərdə qan hücəyrələrinin istehsalında fəal iştirak edir.
Yumurta qabığı ürək və göz əzələlərinə müsbət təsir göstərərək onları möhkəmləndirir.
Sinir sistemi üçün də yumurta qabığı xeyirlidir.
Həmçinin qəbzlik zamanı yumurta qabığı effektli təsirə malikdir.
Dırnaqları və saçları kövrək olanlar üçün yumurta qabığı əvəzolunmaz təbii dərman vasitəsidir.
Mədədə olan ağrılardan qurtulmaq üçün 10 gün ərzində gündə bir dəfə yeməkdən qabaq yumurta qabığından istifadə etmək problemi aradan qaldırır.
Hələ qədim vaxtlardan xalq təbabətində böyrəklərdə və sidik kisəsində daşları parçalamaq üçün yumurta qabığından istifadə ediblər. Bunun üçün üzüm şirəsinə yumurta qabığı əlavə olunur və gün ərzində 10 qram qəbul edilir.
Kiçik yaşlı uşaqlar üçün yumurta qabığı olduqca faydalıdır. Kalsiumla zəngin olan yumurta qabığını bir yaşdan başlayaraq uşaqların qida rasionuna daxil etməklə onlarda sümüklərin inkişafı və möhkəmlənməsi təmin olunur.
Azyaşlı uşaqlarda rast gəlinən raxit xəstəliyinin müalicəsində yumurta qabığını təbii dərman saymaq olar.
Bəs yumurta qabığını istifadəyə necə hazırlamalı?
Bunun üçün çiy yumurta isti suda sabunla yuyulur, axar suda yaxşıca yaxalanır. Sonra yumurtanın ağı və sarısı boşaldılır, qabıqlar yenidən yuyulur. Yuyulmuş qabıqlar 3-4 saat ərzində isti otaqda saxlanılaraq qurudulur. Günəş şüaları altında qabıqların qurudulması məsləhət görülmür. Quruduqdan sonra üyüdücüdə toz halına düşənə qədər üyüdülür.
Uşaqlar üçün istifadə olunacaq yumurtanın qabığını qurutmamışdan qabaq 5 dəqiqə qaynar suda saxlanılması tövsiyə edilir.
Hazırlanmış yumurta qabığını 1-2 qram sıyıqlara, kəsmiyə, süzməyə əlavə etməklə istifadə etmək olar. Yaxud həmin miqdarda yumurta qabığının üzərinə 1-2 damcı limon şirəsi əlavə edib qəbul etmək də olar.
Yumurta qabığından istifadə etdikdə kənd yumurtasına üstünlük verilməlidir və orqanizmin fərdi xüsusiyyətlərini, bu vasitə ilə müalicə uyğunluğunu müəyyənləşdirmək üçün həkimlə məsləhətləşmək vacibdir.
Milli.Az
Sağlamlıq
Yumurtanı yedikdən sonra qabığını atmayın - FAYDALI MƏSLƏHƏT
30 Yanvar 2015 21:56
0 Şərh
Baxış: 10 973
DİGƏR XƏBƏRLƏR
- Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun
- Döş xərçəngindən qorunmağın 5 YOLU
- İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var
- Ət xallarından xilas edən təbii üsul
- Mədə ağrısı. Səbəbləri və ev üsulu ilə müalicəsi
- Səhiyyə nazirindən VAKSİNASİYA ilə bağlı əmr - bu uşaqlara...
XƏBƏR LENTİ
- Nəsrinin bu FOTOları gündəm oldu
- Dörd kəndin qaytarılması xəbəri Qazaxda sevinclə qarşılandı - FOTO
- Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun
- Hikmət Hacıyev COP29-dan danışdı: "Cəsarətimizin təcəssümüdür" - FOTOlar
- Pişiyin yaşadığı evdə bu 3 şeyi etməyin: Peşman olacaqsınız
- Bu bürcün qızları pis sevgili olur – Astroloqların İDDİASI
- Azərbaycanda stadionda qorxulu anlar yaşandı - VİDEO
- 50 yaşlı Bekhem açıq-saçıq geyimdə poza verdi
- Rusiya ilə münasibətlərdə problem var
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- Bakıya qarşı provokativ suala İran səfirinin cavabı
- Ərdoğan təsdiqlədi: Ərbilə səfər edəcək
- Rusiya müharibəyə bu gün son qoya bilər - G7
- Sloveniyadan vətəndaşlarına İranla bağlı xəbərdarlıq...
- Könül Həsənova icra başçısının müavini təyin olundu
- "Hudutsuz sevda"ya vida etdi - FOTO
- Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
- ÇL-də həftənin ən yaxşısı açıqlandı
- Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı
- Ermənistanın ərazisi İranın daha “qırmızı xətti” deyil? – Səfir
- Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov
- Venesiya Biennalesində Azərbaycan pavilyonu açıldı
- Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir