Sağlamlıq

Ölüm hallarının artmasının qarşısını nə ala bilər?

30 Yanvar 2015 17:40
0 Şərh     Baxış: 1 368
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 136-cı sessiyasında iştirak edir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirin gündəliyinə ÜST islahatları, "Avropa Sağlamlığı - 2020" konsepsiyasının təqdimatı, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə tədbirləri, Avropa səhiyyəsində prioritetlər, ÜST-nin Avropadakı ofislərində kadr islahatları, beynəlxalq təşkilatlarla əməkdaşlıq, anaların, südəmər və azyaşlı uşaqların qidalanması, zorakılıq və onun sağlamlıq üçün nəticələri daxil edilib. Sessiyada, həmçinin bir sıra sənədlər ətraf mühitin insanın əhvali-ruhiyyəsinə təsirinə həsr edilib.

Baxılması üçün iclas iştirakçılarına təqdim olunan məruzələrdən birində havanın çirklənməsi ilə sağlamlıq arasındakı əlaqə barədə informasiya yer alıb, xoşagəlməz nəticələrin yumşaldılması strategiyası təsvir olunub. ÜST ekspertlərinin hesablamalarına görə, dünyada xəstəlik və ölüm hallarının artmasının əsas qarşısı alına bilən səbəblərindən biri havanın çirklənməsidir. Onlar ildə təqribən 4,3 milyon ölüm faktını məişət şəraiti - otaqlarda havanın çirklənməsi, daha 3,7 milyonunu isə açıq havanın çirklənməsi ilə bağlayırlar.

Sessiyanın daha bir sənədinə görə, körpələr, uşaqlar və yeniyetmələr arasında piylənmə problemi bütün ölkələrdə təhlükəli miqyas alır. Son 20 ildən çox müddətdə təkcə Afrika qitəsində artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaqların sayı artaraq 4 milyondan 10 milyon nəfərə çatıb. Piylənmədən əziyyət çəkən uşaqların sayı dünya üzrə artaraq 1990-cı ildə 31 milyon nəfərdən 2014-cü ildə 42 milyon nəfərə çatıb. Ekspertlər bildirirlər ki, uşaqlar arasında piylənmə təhlükəli xəstəliklərin, o cümlədən diabet və ürək xəstəliklərinin vaxtından əvvəl inkişafına səbəb olur.

ÜST-nin İcraiyyə Komitəsinin sessiyası fevralın 3-dək davam edəcək. Sessiya iştirakçıları ana və uşaq ölümü problemini, vaksinasiya, habelə qlobal miqyasda epilepsiya və uşaqlar arasında piylənmə məsələlərini müzakirə edəcəklər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.