Sağlamlıq

İnci dişlər üçün TÖVSİYƏLƏR

20 Dekabr 2014 18:55
0 Şərh     Baxış: 1 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sağlam gülümsəmə hər yaşda önəmlidir. Milli.Az ailem.az-a istinadən ağız sağlığını yaxşılaşdırmaq üçün gündəlik etməli olduğunuz məsləhətləri təqdim edir.
 
Gündə sadəcə 5 dəqiqə.
Kompleks ağız baxımı üçün sadəcə diş fırçalamaq və diş teli istifadə etmək yetərli deyil. Bununla yanaşı, bakteriyalara qarşı ağız üçün sulu məhsul istifadə edə bilərsiz.
 
Dişlərə faydalı qidalar yeyin. Alma, armud, kərəvəz, kök, kələm, çiyələk kimi qidaların tərkibindəki bol lif tüpürcəklə qarışaraq diş təmizliyinə kömək edir.
 
Ağzınızdakı bakteriyalardan 24 saat qorunun. Bakteriyalara qarşı həkimlərin məsləhət gördüyü ağz baxımı məhsulunu gündə 2 dəfə 30 saniyə boyunca istifadə etmək bakteriya və diş əti problemlərinə qarşı 24 saat boyunca sizi qoruyur.
 
Turş və şəkərli içkilər dişlərin çürüməsinə səbəb olur. Bu qidaları qəbul etdikdən sonra ağzınızı təmizləyin.
 
Bol su, maye qəbul etmək ağzı nəmli saxlayar. Xüsusən siqaret çəkənlər siqaret tüpürcək ifrazını azaltdığından və ağızda quruluğa səbəb olduğundan pis ağız qoxusu problemi yaşamamaq üçün bol maye qəbul etməlidirlər.
 
Gecə yatmazdan əvvəl ağız baxımını unutmayın. Gecə bakteriya ifrazı daha fəal olur, buna görə yatmadan  əvvəl ağız baxımı üçün lazım olanları edin.
 
Düzgün fırçanı seçin. Dişləri düzgün fırçalamağı bilmək qədər düzgün fırçanı seçmək lazımdır. Düz kiçik başlı və yumşaq diş fırçaları seçin və müəyyən aralıqlarla tez-tez dəyişdirin.
 
Dişləriniz qanayırsa, fırçalamağı dayandırmayın. Diş əti xəstəliyinin ilkin əlaməti ola bilər. Əgər iki həftədən çox qanama davam edərsə, diş həkiminə gedin.
 
Unutmayın ki, sadəcə diş fırçalamaqla, diş ipindən istifadə etməklə iş bitmir. Diş ipinin çatmadığı yerlərdə toplanıb qalan bakteriyalar diş əti xəstəliyinə səbəb ola bilər. Buna görə fırçalamaq, diş sapı və ağız yaxalamaq üçün bakteriya əleyhinə maye məhsullardan istifadə edərək gündəlik diş baxımını tamamlaya bilərsiz.
 
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.