Sağlamlıq

Xəbərdarlıq: Nə içirsiniz?

18 Dekabr 2014 13:56
0 Şərh     Baxış: 2 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yeni il bayramı ilə əlaqədar sərinləşdirici içkilərə və şirələri tələbat çoxalıb. İçkilər içərisində mineral sular, qazsız spirtsiz içkilər, qazlaşdırılmış spirtsiz içkilər, meyvə-giləmeyvə şirələri daha çox içilir. Bəs spirtsiz içkiləri alarkən nəyi bilmək vacibdir?

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətəndaşlara spirtsiz içkiləri alan zaman diqqətli olmağı məsləhət bilir. Nazirliyin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, keyfiyyətsiz içkilər insan orqanizmi üçün təhlükə mənbəyidir.

Belə ki, bu məhsulları alarkən butulkaların dibində çöküntünün olmasına, şəffaflığına diqqət etmək lazımdır. Çöküntünün olması və bulanıqlaşma suyun keyfiyyətsizlik əlamətidir. Mənşəyi məlum olmayan, üzərində istehsal, son istifadə tarixi və s. qeyd olunmayan içkiləri almaq olmaz.

Spirtsiz içkilər qruplarına daxil olan meyvə-giləmeyvə şirələrinin kimyəvi tərkibi daha zəngindir. Onların tərkibində meyvədə olan şəkərlər, üzvi turşular, zülallar və s. maddələr olur. Başqa spirtsiz içkilərdən fərqli olaraq bu şirələr mineral maddələr və vitaminlərin mənbəyidir. Onların tərkibində 88-92 faizə qədər su vardır. Ona görə də bu içkilər enerjivermə qabiliyyətinə malik deyildirlər. Təbii meyvə-giləmeyvə ekstraktları ilə hazırlanmış spirtsiz içkilərdə az olsa da minerallı maddələr, rəngləyici maddələr və digər bioloji fəal maddələr olur. Qidalılıq dəyəri hesablanarkən, onların tərkibində karbohidratlar suda həll olan bəzi vitaminlər və s. müəyyən edilir. Bu maddələrin miqdarı qüvvədə olan normativ-texniki sənədlərlə (NTS) normallaşdırılır və məhsulun enerji dəyəri (mineral sulardan başqa) ilə yanaşı etiket üzərində göstərilir.

Mineral sular isə mənşəyindən asılı olaraq təbii suya və süni mineral sulara ayrılır. Mineral sular qazlı (təbii və süni) və qazsız olur. Təbii mineral sular süfrə və müalicəvi sulara ayrılır. Süfrə üçün mineral suyun tərkibində müəyyən miqdar faydalı minerallı maddələr vardır. Onlar sərinləşdirici xoşagələn dada malikdir. Müalicəvi sular müxtəlif xəstəliklərin müalicəsi üçün öz təyinatı üzrə istehlak edilir. Mineral su butulkalara doldurularkən mütləq 0,4-0,5% miqradında karbon qazı ilə doydurulmalı və 5-120C temperaturda saxlanılmalıdır. Bütün şərtlərə riayət etdikdə təbii mineral suların təminatlı saxlanılma müddəti 1 ildir. Tərkibində dəmir olan suları isə 4 ay saxlamaq olar. Süni mineral sularının ticarət şəbəkəsində saxlanılma müddəti isə 15 gündür.

Qazlaşdırılmış spirtsiz içkilərə qazlı su, butulkada qazlaşdırılmış su, diabetiklər üçün qazlaşdırılmış içkilər və quru qazlaşdırılmış içkilər aiddir. Qazlaşdırılımış suları almaq üçün 400C-yə qədər soyudulmuş su 0,5 atm təzyiq altında 0,5-0,4% miqdarında karbon qazı ilə doydurulur. Bu sular təyinatından asılı olaraq təbii meyvə-giləmeyvəli vitaminlər zənginləşdirilimiş, quru və simetik cövhələrlə qablaşdırılmış yarımqruplara bölünür.

Qazsız spirtsiz içkilərə şərbətlər, meyvə-giləmeyvə ekstraktları, morslar, qaynar meyvə-giləmeyvə içkiləri və meyvə-giləmeyvə şirələri aiddir. Təbii və süni meyvə-giləmeyvə şərbətləri satışa 0,25 və 0,5 litr tutumlu şüşədə buraxılır. Şərbətləri 12-200C-də uzun müddət saxlamaq olar.

Spirtsiz içkilərin keyfiyyəti həm orqanoleptik və həm də fiziki-kimyəvi göstəricilərinə görə müəyyən edilir. Sensor üsulla spirtsiz içkilərin şəffaflığı, rəngi, dadı, iyi, çöküntünün və asılı hissəciklərin olması və s. müəyyən edilir.

Keyfiyyətli spirtsiz içkilər şəffaf, çöküntüsüz olmalıdır. Meyvəli spirtsiz içkilərin rəngi, dadı və ətri onların adına müvafiq olmalıdır. Spirtsiz içkiləri markaladıqda hər bir butulka, balon və çəlləklərə etiket kağızı vurulmalı və orda istehsalçının adı, məhsulun çeşidi, standart nömrəsi, məhsulun tərkibi, istehsal tarixi, saxlanılma şəraiti və müddəti göstərilməlidir. Spirtsiz içkilər 00-120C temperaturda saxlanılmalıdır.

Ticarət şəbəkəsində qazlı içki dolu butulkalar horizontal vəziyyətdə saxlanılmalıdır. Bu məhsulları günəş şüalarının altında saxlamaq qəti qadağandır. Meyvə şirəsi və ekstraktları 0-100C-də, şəkər əlavə edilmiş şirələri 200C-də, şərbət, mors və quru konsentratları isə 12-200C-də saxlamaq olar.

Optimal şəraitdə spirtsiz içkilərin saxlanılma müddəti qazlı içkilər üçün 30 gündən 6 aya qədərdir. Stabilləşdiricilərin tətbiqindən asılı olaraq bu müddət dəyişilə bilər. Diabetiklər üçün içkilər 15 gün, meyvə-giləmeyvə şirələri (ağzı bağlı butulkalarda) 1 ilə qədər, quru qazsız içki tabletkalarını 1 ilə qədər, qazlı içki konsentratlarını 2 ilə qədər, şərbətləri germetik tarada pasterizə edilmişdirsə, uzun müddət, edilməmişsə 7 aya qədər, açıq şəkildə isə 20 gün saxlamaq olar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.