Sağlamlıq

Azərbaycanda dərmanların vahid qiyməti - QAYDALAR

26 Noyabr 2014 10:52
0 Şərh     Baxış: 4 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda dərmanların qiymətləri dövlət tərəfindən tənzimləndikdən sonra iş adamlarının ölkəyə daha ucuz qiymətli dərmanları gətirməsi stimullaşdırılacaq

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev Trend-ə bildirib ki, hazırda müzakirə edilən "Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi qaydaları"nın layihəsində dövlət qeydiyyatına alınmış dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulur.

Tənzimləmə məqsədi ilə Tarif (qiymət) Şurası tərəfindən 5-dən 10-dək baza ölkəsi müəyyən ediləcək. Dərman istehsalçılarının bu ölkələrin topdansatış müəssisələrinə satış qiymətləri əsasında bazis qiymətləri müəyyən ediləcək. Baza ölkələrindəki qiymətlər barədə məlumatları istehsalçı və ya idxalçı Tarif Şurasına təqdim edəcək. Tarif Şurası məlumatların düzgünlüyünü baza ölkəsinin məlumatları əsasında dəqiqləşdirə biləcək.

Layihədə təklif edilir ki, reseptlə buraxılan dərmanlar üçün bazis ölkələrindəki ən aşağı, reseptsiz buraxılan dərmanlar üçün ən yuxarı qiymətlər bazis qiyməti kimi qəbul edilsin. Bazis qiymətinin üzərinə qaydalarla müəyyən edilmiş faiz dərəcəsinə uyğun əlavələr edilməklə topdansatış qiyməti, topdansatış qiymətinin üzərinə əlavələr edilməklə pərakəndə satış qiyməti müəyyən ediləcək. Dərmanların qiymətləri artdıqca topdan və pərakəndə satışa görə tətbiq edilən faizlərin səviyyəsi azalacaq. Aşağı qiymətlərlə gətirilən dərmanlara daha yüksək əlavələrin tətbiqi bazara dərmanların daha ucuz qiymətlə çıxarılmasını stimullaşdıracaq.

Təsdiq edilmiş qiymətlər dərmanların qablaşdırılmasının üzərində istehsalçı tərəfindən çap ediləcək. Bu mümkün olmadıqda dərmanların üzərinə qiymətlər idxalçı tərəfindən digər üsullarla (holoqram, ştempel və s.) vurulacaq və bundan sonra dərmanlar satışa çıxarılacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.