Sağlamlıq

O siqaretdən də qorxuludur

26 Noyabr 2014 00:20
0 Şərh     Baxış: 3 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qəlyan tüstüsü benzolun orqanizmə mənfi təsirini ikiqat artırır. Bu təhlükəli kanserogen bir neçə bədxassəli şişin ortaya çıxmasına və inkişafına şərait yaradır.

Milli.Az Rusiya KİV-ə bildirir ki, Amerikanın San-Dieqo universitetinin alimləri uzun sürən araşdırmalardan sonra belə bir qənaətə gəliblər. Araşdırmalarda 208 nəfər iştirak edib. Onları iki qrupa bölüblər. Birinci qrup insanlar qəlyanı qapalı məkanlarda çəkiblər. İkinci qrup insanlar isə onlarla eyni məkanlarda oturub, lakin çəkməyiblər.

Bir ildən sonra testlərin nəticələri göstərib ki, qəlyan çəkən adamlarda benzol metobolitinin miqdarı 4.2 dəfə, digərlərində isə 2.6 dəfə yüksəlib.

Universitetin əməkdaşı, araşdırmanın müəlliflərindən biri Nada Kassem deyir ki, çəkməyən adamlar da çəkənlərlə eyni havanı udduqları üçün kanserogen tullantıları udurlar. Bu səbəbdən çəkən adamların yanında dayanmaq da orqanizm üçün təhlükəlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.