Gələn ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında süni mayalanma əməliyyatları icra olunacaq şöbə fəaliyyətə başlayacaqdır. Trend-in məlumatına görə, bu haqda bu gün ATU-da, Türkiyədəki Amerikan Xəstəxanasının nümayəndələri ilə keçirilən görüşdə ilkin razılıq əldə olunub.
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov qonaqlarla görüş zamanı Azərbaycanda süni mayalanma ilə bağlı yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğulayıb. Rektorun sözlərinə görə, bu mövzu hazırda ölkəmizdə gündəmdədir və süni mayalanma yolu ilə övlad sahibi olmaq arzusunda olan ailələr çoxdur.
Türkiyədən təşrif buyuran nümayəndə heyətinin rəhbəri, prof. Dr. Bülent Urman ATU-da yalnız tüp bebek (süni mayalanma) əməliyyatlarının keçirilməsi yox, həm də tədris sistemində iştirak etmək istəklərini açıqlayıb. Türkiyəli professorlar tərəfindən doğuşla bağlı mütəxəssislərin rezidentlərə mühazirə söyləməsi haqqında təklif də səsləndirilib.
Görüş zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasında 2015-ci ilin əvvəlindən etibarən süni mayalanma şöbəsinin yaradılması haqda ilkin razılıq əldə olunub. Qonaqlar artıq klinikadakı şəraitlə tanış olduqlarını, burada yüksək keyfiyyətli əməliyyatların aparılması üçün hər cür şərait olduğunu vurğulayıblar. İki tərəf arasında qarşılıqlı əməkdaşlığa dair sazişin hazırlanması qərara alınıb.
Görüşdə həmçinin ATU-nun Tədris Cərrahiyyə klinikasının direktoru Hacıqulu Bağırov, klinikanın baş həkimi Asiman Həsənov, ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov da iştirak ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Bamya toxumunun FAYDALARI – Belə istifadə edin
- "Qarabağ" Azərbaycan Kubokunun finalında!
- Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir - XİN
- ABŞ Azərbaycan və Ermənistan arasında delimitasiya prosesinin başlanmasını alqışlayır - Dövlət Departamenti
- Professor tələbəsinə aşiq olub ailəsini dağıtdı
- Döyüş zamanı qusdu, texniki məğlubiyyət aldı - VİDEO
- Rus ordusunda fərarilik rekord həddə qalxdı
- Həmişə həqiqəti söyləyən bürclər
- Beynəlxalq müsabiqələr laureatlarının "Kamera musiqisi axşamı" adlı konserti keçirilib - FOTOlar
- Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı
- Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
- Evinizdə pişik yaşayır? Təcili bütün daxili qapıları açın - SƏBƏBİ
- Ukraynada baş verənlərə görə məsuliyyət onlarındır
- Daha bir idmançımız Avropa çempionu oldu
- Moldova XİN-in binasında axtarış aparıldı
- Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə
- Ronaldonun sonuncu olduğu, Messinin yer almadığı SİYAHI
- Əli Əsədov qərar imzaladı
- Vasitəçisiz danışıqlar: Sülh müqaviləsinə kimlər mane olur? - VİDEOMÜSAHİBƏ
- Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir
- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın
- Paşinyan qondarma “erməni soyqırımı”nı tanımadı
- Rusiya və Ukrayna arasında razılaşma əldə edildi
- Jurnalistin Mbappe ilə bağlı sualına güldü: “Lənət olsun, rekord qırdın”