Sağlamlıq

Tənhalığın səbəbi tapıldı

24 Noyabr 2014 00:10
0 Şərh     Baxış: 2 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çinli həkimlər insanlarda tənhalığın genini aşkarlayıblar.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, tənhalıq geninə sahib olan insanlar daha çox özlərini tənha hiss edirlər. 600 tələbə üzərində aparılmış araşdırmadan sonra Pekin Universitetinin alimləri belə bir nəticəyə gəliblər.

5-HTA1 geninin G versiyasına sahib olan insanlar eyni genin C versiyasına sahib olanlardan daha çox özlərini tənha hiss edirlər. Nə qədər ətraflarında insanlar olsa belə, onlar bu sindromdan qurtula bilmirlər.

Alimlər iddia edirlər ki, genin G versiyası beyində xoş əhval-ruhiyyə üçün cavabdeh olan serotonin hormonunun miqdarnı azaldır. Hormonun miqdarının azalması isə depressiyaya səbəb olur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.