Sağlamlıq

Qayınana və qayınata evində xoşbəxtlik varmı? - ALİMLƏR ARAŞDIRDI

22 Noyabr 2014 00:10
4 Şərh     Baxış: 7 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xoşbəxt olmaq üçün 5 səbəb

Xoşbəxtlik haradadır və onu necə tapmaq olar? Uzun əsrlər boyu filosoflar bu sualın cavabını axtarmağa çalışıblar. Lakin 21-ci əsrin alimləri buna nail olublar. Xoşbəxtliyin parametrlərini rəqəmlər və faktlarla göstəriblər.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Harvard universitetinin "İnsanın inkişafının araşdırılması" layihəsi çərçivəsində 90 illik məlumatlar araşdırılıb. Alimlər 814 nəfərin doğuşundan ölümünə qədər dövrü araşdırıblar. Onların ailələrini, valideyinlərini və dostlarını qiymətləndiriblər. Bütün şəxslər cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri olub. Hətta onlardan biri ABŞ-ın sabiq prezidenti Con Kennedi olub.

Nəticələr heç də bəşəriyyəti təəccübləndirəcək səviyyədə olmayıb. Hər kəsin bildiyi, lakin əhəmiyyət vermədiyi şeylər, sən demə, xoşbəxtliyin əsas parametrləri imiş.

Harvard Universitetinin alimləri hesab edirlər ki, xoşbəxt olmaq üçün insan aşağıdakı mərhələlərdən keçməlidir.

1. Valideyn ailəsindən getmək (tək fiziki formada deyil, həm də emosional şəkildə);

2. İndividual bacarıqlarına uyğun peşə seçmək;

3. Ən azı 10 il müddətində həyat yoldaşı ilə münasibətləri qoruya bilmək;

4. Övlad dünyaya gətirmək, ona bilik və həyat təcrübəsi öyrətmək;

5. Həyatı olduğu kimi qəbul etmək.

Əgər insan hansısa mərhələni keçə bilmirsə, növbəti mərhələdən tam olaraq yararlanmalıdır.

Siqaret çəkməmək, içki içməmək və sağlam qidalanmaq da xoşbəxtliyin əlavə parametrlərindəndir. Nikotin və alkoqol tək insanın illərini əlindən almır, həm də orqanizmdə xoşbəxtlik üçün cavabdeh olan endorfinin miqdarını azaldır. Həyat siqaretin tüstüsü kimi boz olur.

İdmanla məşğul olmaq; Ali təhsil almaq; Uzun müddətli nikahda olmaq; Həyatdakı böhranlara rasional yanaşmaq da insanı xoşbəxt edən cəhətlərdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.