Sağlamlıq

Təhsil Nazirliyi və INDEX - Azərbaycanın İnsan Kapitalının İnkişaf Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalandı - FOTO

30 Oktyabr 2014 17:21
Baxış: 1 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
28 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və baş ofisi İstanbulda yerləşən INDEX - Azərbaycanın İnsan Kapitalının İnkişaf Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Memoranduma əsasən tərəflər arasında Türkiyədə təhsil almaq üçün ilk dəfə həmin ölkəyə gedən tələbələrin təhsil müəssisəsi və yataqxana ilə tanışlıqlarına köməklik göstərilməsi, azərbaycanlı gənclərin peşə-ixtisas təcrübəsinə cəlb olunmaları istiqamətində fəaliyyətlərin həyata keçirilməsi, "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xarici Ölkələrdə Təhsili Üzrə Dövlət Proqramı"na qəbul prosesində (müsahibə) Türkiyə universitetləri üzrə namizədlərin seçilməsi prosesi başlıqları altında razılaşmalar əldə olunub. Memorandum Azərbaycan Respublikası Təhsil Nazirliyinin Türkiyə Respublikasındaki təhsil müşaviri Nəcibə Nəsibova və INDEX - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin sədr müavini Abbas Məmmədov tərəfindən imzalanıb.

Qeyd edək ki, hal-hazırda Türkiyədə 8000-ə yaxın azərbaycanlı tələbə təhsil almaqdadır. Bütün tələbələrin vahid şəbəkədə birləşməyi və operativ fəaliyyət göstərməyi üçün INDEX-in Türkiyənin 45 şəhərində nümayəndəsi fəaliyyət göstərməkdədir.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.