Sağlamlıq

Ebola virusunun aşkar olunması üçün iki yeni test

26 Oktyabr 2014 09:10
0 Şərh     Baxış: 1 119
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni testlər Solt-Leyk-Sitidə yerləşən BioFire Defense şirkəti tərəfindən işlənib hazırlanıb. Trend RİA Novosti agentliyinə istinadən bildirir ki, bu barədə Reuters agentliyi xəbər verir.


"Biz ABŞ və bütün dünyada Ebola virusunun erkən aşkar edilməsinin vacibliyini anlayırıq. Biz epidemiya zamanı virusun aşkarlanması üçün icazə verilmiş testlərin sayının artırılması məqsədilə bu cür şirkətlərlə sürətli templə əməkdaşlıq edəcəyik", - sanitar nəzarəti üzrə idarəsindən bildiriblər.
 

İndiyədək ABŞ-da Ebola virusindan liberiyalı Tomas Dunkan ölüb, onun müalicəsi zamanı tibb bacılarından biri virusa yoluxub. Hazırda Nyu-York şəhərində təxminən bir ay Qvineyada qalmış həkim Kreyq Spenser müalicə olunur. Həkimlərin sözlərinə görə, Spenser sabit vəziyyətdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.