Sağlamlıq

Tibbdə inanılmaz yenilik: ölünü diriltdilər

25 Oktyabr 2014 11:32
1 Şərh     Baxış: 2 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avstraliyalı həkimlər dünyada ilk dəfə olaraq dayanmış ürəyin köçürülməsi əməliyyatını aparıblar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, tamamilə dayanmış ürək köçürüldükdən sonra yenidən işləməyə başlayıb. Avstraliyalı alimlərin bu əməliyyatı orqan köçürülməsi sahəsində yeni üfüqlər açır. Bu günə qədər cərrahlar yalnız döyünən ürəyi köçürə bilirdilər. Yalnız beyni ölmüş, lakin ürəyi hələ də döyünən insanlardan köçürülürdü. 

Avstraliyanın müqəddəs Vinsent xəstəxanasının həkimləri ürəyi dayandıqdan 20 dəqiqə sonra yenidən işə salıblar. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.