Sağlamlıq

Kiçik həcmdə alkoqol yaddaşı gücləndirir

25 Oktyabr 2014 00:50
0 Şərh     Baxış: 2 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Adətən, alkoqol yaddaşın möhkəmləndirilməsi vasitəsi kimi nəzərdən keçirilmir. Ancaq alimlər iddia edirlər ki, yaşı 60-dan yuxarı olan adamlar üçün bunu demək olmaz. Çünki alkoqol ahıl insanların yaddaşı üçün faydalıdır.

Milli.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın Texas və Merilend universitetlərinin əməkdaşları bu istiqamətdə araşdırma aparıblar. Doktor Brayan Dounerin rəhbərliyi ilə keçirilən tədqiqatda 660 nəfər iştirak edib. Ahıl insanlarda koqnitiv funksiya ilə alkoqol arasındakı əlaqə öyrənilib. Əldə olunan nəticələrdən görünüb ki, az miqdarda alkoqol yaşlı insanların yaddaşını gücləndirir. Bu miqdarda alkoqol orqanizmin idarəetmə funksiyasına və psixi imkanlara təsir göstərmir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.