Sağlamlıq

Azərbaycanda "Ebola virusu" ilə bağlı ilk müraciət daxil oldu

24 Oktyabr 2014 12:53
0 Şərh     Baxış: 2 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həcc ziyarətindən qayıdan zəvvarlardan "Ebola virusu" ilə bağlı ilk müraciət daxil olub

Belə ki, dünən həcc ziyarətindən qayıdan zəvvarlardan biri Ebola virusuna qarşı müayinədən keçmək üçün Respublika Taun Əleyhinə Stansiyaya müraciət edib. Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov APA-ya açıqlamasında deyib ki, Sumqayıt sakini olan həmin şəxs öncə "qaynar xətt"lə əlaqə saxlayıb, sonradan isə birbaşa onunla danışıb. Onun sözlərinə görə, zəvvar "Ebola virusu" təhlükəsi barədə eşitdiyini və bununla bağlı müayinədən keçmək istədiyini bildirib:

"Ona məlumat verildi ki, həmin şəxs yerli poliklinikaya müraciət edərək 21 gün ərzində nəzarətdə saxlanılmalıdır. Əgər səhhətində heç bir dəyişiklik olmasa, təhlükə yoxdur. Həm də deyildi ki, temperatur olsa da, həyəcan keçirməsin ki, bu, virusa yoluxmadır. Çünki qış vaxtıdır, ona görə soyuqdəymə və temperatur ola bilər. Belə hallar olarsa, hər ehtimala qarşı həkimə müraciət edilməlidir".

Ş.Qurbanov qeyd edib ki, müraciət edən zəvvarın heç bir narahatlığı olmayıb, sadəcə ziyarətdən gəldikdən sonra müayinə olunmaq istəyib: "Həcc ziyarətindən gələn zəvvarlardan da müayinədən keçmək istəyənlər ərazi üzrə poliklinikalara müraciət etməlidir. Hansısa hal dəyişikliyi, müəyyən əlamətlər olarsa, müayinə olunacaqlar. Bu xəstəliyin maksimal inkubasiya dövrü 21 gündür. Mikrob onun bədənində ola bilər, ancaq əlamətləri çıxmaz. Virus bədəndə varsa, 21 gün ərzində mütləq özünü göstərəcək".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.