Sağlamlıq

Azərbaycanda 13 aptek bağlandı

22 Oktyabr 2014 13:09
0 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin 9 ayı ərzində Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda 90 aptekdə yoxlamalar keçirilib

Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya açıqlamasında deyib ki, bu yoxlamaların 75-i planlı, 15-i isə plandankənar olub.

P. Əzizbəyov qeyd edib ki, yoxlamalar nəticəsində ölkə üzrə 13 aptekin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb və onların fəaliyyəti dayandırılıb. Nazirlik rəsmisinin sözlərinə görə, həmin apteklərlə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə müvafiq cərimə protokolları tərtib edilib: "Bu gün ölkədə ümumilikdə 1857 aptek fəaliyyət göstərir. Onların yarısı özəl, yarısı dövlət müəssisələridir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.