Sağlamlıq

Nazirlik: "Zəvvarların Ebola virusuna qarşı yoxlanmasına..."

21 Oktyabr 2014 12:28
0 Şərh     Baxış: 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarların "Ebola" virusuna qarşı yoxlanmasına ehtiyac yoxdur"

Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov APA-ya açıqlamasında deyib ki, zəvvarların getdiyi ölkədə Ebola virusu xəstəliyi qeydə alınmayıb:

"Ona görə də zəvvarların ziyarətdən sonra təkrar müayinəsinə ehtiyac yoxdur. Son zamanlar Azərbaycanla qonşu olan Gürcüstan və Türkiyəyə də Ebola virusunun çatması ilə bağlı məlumatlar verilir. Amma həmin ölkələrdə bu virusun olması rəsmi təsdiqlənməyib. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi təsdiq olunmuş məlumatına əsasən, Ebola virusu 5 Afrika ölkəsi, İspaniya və ABŞ-da qeydə alınıb. Ölkənin sərhədlərində nəzarət Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilir. Bizə verilən məlumata görə, bütün sərhədlərdə virusun simptomlarını, xüsusən də hərarəti aşkarlamaq üçün temperaturu ölçən xüsusi aparat - termovizor quraşdırılıb və işləyir. Orada bizim həkimlər tərəfindən nəzarət edilmir, bu işlərin hamısı gömrük orqanları tərəfindən həyata keçirilir. Biz sadəcə, xüsusi cihazların quraşdırılmasını təklif etmişik və onlar da quraşdırılıb".

V.Qasımov vurğulayıb ki, bu virus Azərbaycana keçsə belə ölkə səhiyyəsi ona qarşı mübarizə aparmağa tam hazırdır:

"Biz çalışırıq ki, virus Azərbaycana keçməsin, amma gəldiyi halda səhiyyə sistemində bütün lazımi hazırlıqlar görülüb. ÜST-ün də bu sahədə araşdırmaları var və onlar qeyd edirlər ki, "Ebola" virusunun Avropa ölkəsinə keçməsi çox nadir hallarda ola bilər. Bu günə kimi Azərbaycanda "Ebola" virusu ilə bağlı şübhəli bilinən hal və şəxs yoxdur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.