İnsanlar arasında qulaqcıqlardan istifadə edənlərin sayı günü-gündən artır. Xüsusilə də gənclər bu sevimli əşyaya daha çox meyl göstərirlər. Ətraf mühitdən təcrid olunmaq, əlavə səs-küydən yaxa qurtarmaq istəyənlər ən real çıxış yolunu qulaqcıqlarda tapırlar. İctimai nəqliyyat vasitələrində, küçədə, hətta işdə belə qulaqcıqlardan istifadə edənlərə tez-tez rast gəlirik. Bəzən belə bir hal da müşahidə edirik ki, qulaqcıq vasitəsi ilə qulaq asılan musiqini kənardan da eşitmək mümkün olur. Belə bir vəziyyətdə isə bu sevimli əşyanı qulaqcıq deyil, qulağın içindəki bomba adlandırmaq daha düzgün olardı.
Qulaqcıqdan düzgün istifadə etməmək sağlamlıq üçün kifayət qədər ciddi təhlükələr yaradır. Bu təhlükələr nədən ibarətdir?
Milli.Az modern.az-a istinadən mütəxəssislərin məsləhətlərini diqqətinizə çatdırır.
Hazırda satışda texniki normalara cavab verməyən və istehsal mənbəyi bilinməyən bir çox qulaqcıqlar satılır ki, onlardan istifadə etmək birmənalı şəkildə düzgün deyil. Müqayisəli şəkildə aydınlıq gətirmək üçün bu təxminən keyfiyyətsiz bir qida məhsulunu almaq kimi bir şeydir. Məhz belə qulaqcıqlar primitiv üsulla düzəldiyi üçün ölçülərin dəqiqliyinə tam riayət olunmur və bunun nəticəsində də həmin qulaqcıqlardan istifadə zamanı onlar qulağı incidir, mənfi mexaniki təsir göstərir.
Bir çox qulaqcıqları qulaq kanalına qədər taxmaq mümkündür. Əgər belə qulaqçıqlardan istifadə zamanı səs güclü olarsa bu qulaq pərdəsinin zədələnməsinə səbəb ola bilər.
Nəzərə alsaq ki, səs gücünün insan üçün son yolverilən həddi 80 desibeldirsə və biz qulaqcıq vasitəsi ilə musiqiyə qulaq asanda qulaqcığın imkan verdiyi 105-120 desibel gücündə səsi qəbul ediriksə qulağımızda nələrin baş verdiyini təsəvvür etmək bir o qədər də çətin deyil. Məlumat üçün qeyd edək ki, adi insan danışanda səsin gücü 30 desibel, qışqırdıqda 60 desibelə bərabər olur.
Qulaqcıq vasitəsi ilə qəbul etdiyimiz səs daha güclü olduqca qulağa təzyiq daha da artır, son nəticədə isə qulaq pərdəsi deformasiyaya uğrayır və hətta qulaqda qanaxmaya səbəb olur. Ancaq məsələ təkcə bununla bitmir. Bütün bu mənfi təsirlərlə yanaşı sinir sistemi də təzyiqə məruz qalır ki, bu da əsəbilik və yorğunluqla nəticələnir.
Qulaqcıqların insan üçün yaratdığı digər bir təhlükə ətrafdakı baş verən hadisələrdən tam təcrid olunmasıdır. Küçə ilə yol gedən bir insan öz qulaqcıqlarına qapanıbsa o hər an təhlükə ilə üz-üzə qala bilər. Çünki qulağındakı səsin gücü onu başqa səslərin eşitməsinə imkan vermir. Hətta maşınların siqnal səsinə belə.
Mütəxəssislərin gəldikləri son qənaətlərə görə qulaqcıqlardan uzun müddət istifadə daxili gərginlik yaradır ki, bu da qan təzyiqinin yüksəlməsinə və baş ağrılarına səbəb olur.
Qulaqcıqlardan uzun müddətli istifadənin insan psixikasına mənfi təsiri də aşkarlanıb. Təcrübələr göstərir ki, uzun müddət qulaqcıq vasitəsi ilə müsiqiyə qulaq asan insanlarda özünəqapanma, psixi pozğunluq, emosional gərginlik müşahidə olunur.
Musiqinin insan ovqatına xoş təsir göstərməsi faktdır. Yeri gələndə bunun üçün qulaqcıqlardan da istifadə etmək olar. Ancaq ən adi qaydalara riayət etmək şərtilə. Sutka ərzində 50-60 dəqiqə qulaqcıqdan istsfadə etmək sağlamlıq üçün heç bir təhlükə yaratmır. Qulaqcıqdan istifadə zamanı onun səs gücünün 50 faizi ilə kifayətlənmək lazımdır.
Təbii olaraq ortaya belə bir sual çıxır ki, qulaqcıqların imkan verdiyi güclü səs sağlamlıq üçün ziyandırsa nəyə görə onun satışına və istifadəsinə icazə verilir? Bu sualın cavabı isə olduqca sadədir. Satışda insan sağlamlığı üçün təhlükə yaradan bir çox şeylər satılır. Məsələn alkoqollu içkilər, tütün məmulatlar və s. Ancaq insanı bunları almağa heç kim məcbur etmir. Çünki seçim insanın öz ixtiyarındadır. Sağlamlığının qayğısına qalanlar isə öz seçimində heç vaxt yanılmırlar. Çalışın siz də yanılmayasınız.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Hindistanda dünyanın ən böyük seçkiləri başladı
- Yunus Oğuzun "Cığır" romanı Zəfərə gedən yolumuzun cığırlarını göstərən bir romandır - Cahangir Məmmədli
- Bakıda evdə PARTLAYIŞ: ölən var
- Reper 60 milyona avtomobil aldı
- Azərbaycanlının öldürdüyü şəxs məşhur imiş
- Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
- Medvedyevdən Zelenskiyə: Qorx, təlxək!..
- "Meyxananı böyük səhnəyə atam gətirib"
- Valideynlərini qətlə yetirən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
- Bu ərazilərdə reklam yerləşdirməyə icazə tələb olunmayacaq
- Bu avtomobillərin qiyməti ucuzlaşacaq
- Səhiyyə nazirindən VAKSİNASİYA ilə bağlı əmr - bu uşaqlara...
- Video çəkilişi mediaya təqdim edənlər cərimələnəcək
- Bu halda ipotekaya xitam veriləcək
- Yalnız bu qadınlar pensiyaya tez çıxa biləcək – Yeni qayda təsdiq edildi
- Qərbin "erməni yalanları" çox tez faş oldu
- Bu işçilərin maaşları artırılacaq
- Türkiyədə baş verən güclü zəlzələdən təşviş dolu kadrlar - ANBAAN VİDEO
- 19 aprelin ən xoşbəxt bürcü: Elə fürsətlər yaranacaq ki...
- Türkiyənin Rusiyaya kimyəvi maddə ixracının həcmi açıqlandı
- Rəşad Sadıqov: “Bu təklifləri dəyərləndirməyə çalışacam” - VİDEO - FOTO
- Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu
- Rusiya 21 yaşlı Azərbaycan vətəndaşını axtarışa verdi
- Türkiyədə zəlzələ oldu