Sağlamlıq

Dünyanı bu bəladan Rusiya xilas edəcək?

19 Oktyabr 2014 18:52
0 Şərh     Baxış: 1 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
QİÇS-ə qarşı vaksinin istehsal olunmasına iki ildən artıq vaxt sərf edilib.

Anspress-in məlumatına görə, heyvanlar üzərində keçirilən sınaqlar uğurlu keçib. Bu sınaqların ardınca alimlər vaksinin könüllü insanlar üzərində təcrübədən keçirilməsinə də müsbət rəy alıblar. Bu sınaqların da birinci mərhələsi uğurlu keçib.

İndi isə alimlər ikinci mərhələyə hazırlaşırlar. Bu mərhələdə alimlər müəyyənləşdirməlidirlər ki, bu vaksin artıq virusa yoluxmuş insanları müalicə edə biləcəkmi - vaksinin təsiri ilə qanda istehsal olunan anticisimlər qorxunc virusu neytrallaşdıra biləcəkmi. Sınaqların ikinci məqsədi sağlam insanları bu virusa yoluxmaqdan qorumaqdır.

Qeyd edək ki, bu vaksin Rusiyada sınaqların ikinci mərhələsinə qədər gətirilə bilən ilk vaksindir. "Vektor" Novosibirsk virusologiya və biotexnologiya mərkəzinin nümayəndəsi bildirb ki, vaksin rekombinant zülal və tərkibində immunçatışmazlığı virusunun antigenləri olan DNK hissəciklərindən ibarətdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.