Sağlamlıq

Qızlar üçün: səhərlər yemək yeyin ki...

20 Oktyabr 2014 00:30
0 Şərh     Baxış: 4 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Səhər yeməyinin insanlar üçün faydası ortaya çıxıb. Yeniyetməlik dövründə qız uşaqlarının səhər yeməyi beyindəki spesifik kimyəvi birləşmələrin səviyyəsini artırır. Bu da gün ərzində qızların şirniyyata meylini azaldır.

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Missuri Universitetinin araşdırmaları nəticəsində ortaya çıxan faktlar maraq doğurur. Alimlər qeyd edirlər ki, Amerikada yaşayan yeniyetmə qızların hər üç nəfərindən biri artıq çəkidən əziyyət çəkir. Bu problem böyüyəndə də qalır. Bu səbəbdən də piylənmə epidemiyası diqqət mərkəzindədir.

Xəstəliklər və onların qarşısının alınması mərkəzinin hesabatında deyilir ki, yeniyetmə qızların çoxu səhərlər yemək yemirlər. Bu da gün ərzində həddən artıq qida qəbuluna və artıq çəkinin yaranmasına səbəb olur.

Dietologiya və fizioloji məşqlər üzrə professor Hizet Leydi və həmkarları deyirlər ki, son 30 il ərzində artıq çəkidən əziyyət çəkən yeniyetmələrin sayı dörd dəfə artıb.

Missuri Universitetinin tədqiqatına da yeniyetmə xanımlar cəlb olunublar. Universitetin apardığı tədqiqatda səhər yeməyini buraxmağa adət etmiş 18-20 yaş arasında artıq çəkidən əziyyət çəkən 20 yeniyetmə qız iştirak edib. Onların hər biri müxtəlif yeddi günlük qidalanma modelinə əməl edib: 350 kalorilik adi zülal tərkibli, 350 kalorilik yüksək zülal tərkibli və səhər yeməyinin olmaması. Araşdırmalar zamanı məlum olub ki, səhər yeməyi beyində impulslara nəzarət edən dopaminin səviyyəsini qaldırır. Dopaminin miqdarının azalması isə şirniyyata meyllilik və həddən artıq qida qəbulu ilə nəticələnir.

Alimlər təklif edirlər ki, dopaminin miqdarına nəzarət edilməklə piylənməyə qarşı mübarizə aparılsın. Onlar bildirirlər ki, səhər yeməyindən sonra şirniyyata meyllilik azalır. Bundan əlavə, zülalla zəngin səhər yeməyi yağlı qidalara meyli azaldır. Səhər yeməyi buraxıldıqda isə yağlı qidalara həvəs gün ərzində artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.