Sağlamlıq

Payız fəslində xəstəliklərin qarşısını almaq və immuniteti gücləndirmək üçün nə etməli?

19 Sentyabr 2014 16:54
0 Şərh     Baxış: 2 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Havaların qəfil soyuması özünü xroniki xəstəlikləri olan insanlarda daha tez birzə verir, eləcə də bəzi mövsümi xəstəliklər baş qaldırır. Nəzərə alsaq ki, payızın başlamasına az qalıb və qarşıda bizi bundan da soyuq havalar gözləyir, o zaman mütləq şəkildə özümüzü havanın şıltaqlığından qorumalı və sağlamlığımızın qeydinə qalmalıyıq.

Milli.Az kəpəz tv-yə istinadən xəbər verir ki, fəsil dəyişən zaman insan orqanizmində immunitet zəifliyi yaranır. Bu da, öz növbəsində, qrip, bronxit, astma, soyuqdəymə kimi xəstəliklərin yaranmasına səbəb olur. Payızda insan özünü yorğun, halsız hiss edə, hətta bəzi hallarda yuxusuzluq, iştahasızlıq müşahidə oluna bilər. Payız ayları, eyni zamanda, əsasən, xroniki mədə-bağırsaq, arterial-gipetenzia, ürək xəstəliklərinin kəşkinləşdiyi dövr kimi sayılır.

Soyuq havanın özü ilə birlikdə gətirdiyi virus və xəstəliklərə yoluxmamaq üçün isə bir sıra qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Bu fəsildə xəstəliklərin qarşısını almaq və immuniteti gücləndirmək üçün A və C vitaminləri ilə zəngin meyvə-tərəvəz yeməklə yanaşı, süd, qatıq kimi məhsullardan da istifadə etmək məsləhətdir. Əsasən, kök, portağal və mövsüm tərəvəzlərindən çox istifadə etmək lazımdır. Ən vacib olanı isə havaya uyğun geyim seçməkdir.

Rövşən Bağırov, terapevt: "Əgər bilirik ki, qrip var, o zaman uşaqlar baxçalarda, məktəblərdə, böyüklər isə iş yerlərində qorunmalıdırlar. Bunu müxtəlif tənzif və maskalar vasitəsi ilə etmək mümkündür. Xroniki xəstəliklərə gəldikdə isə onların profilaktikası fəsilin tələb etdiyi müalicə ilə bağlıdır".

Əgər görülən bütün qabaqlayıcı tədbirlərə baxmadan xroniki xəsətlik baş qaldırıb və ya qrip, bronxit, astma, soyuqdəymə kimi xəstəliklər yaranıbsa, o zaman gec olmadan həkimə müraciət etmək vacibdir.

Rövşən Bağırov: "Çox vaxt biz görürük ki, xəsətlər gecikmiş gəlir. Özləri evdə dədə-baba üsulu ilə müalicə aparmağa çalışırlar. Bunun nəticəsi olmayanda isə həkimə müraciət edirlər və artıq gec olur".

Havaların dəyişməsi uşaqlara və yaşlı insanlara daha çox təsir göstərdiyindən bu nəslin nümayəndələri daha diqqətli olmalı və bacardıqca qorunmalıdırlar".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.