Sağlamlıq

Xərçəng xəstəliyindən necə qorunaq?

17 Sentyabr 2014 10:15
1 Şərh     Baxış: 2 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər avtomobillərdən istifadənin insan psixologiyasına ziyanlı olduğunu bildirirlər

Düzgün seçilmiş nəqliyyat vasitəsi gün ərzində insanın əhval-ruhiyyəsinə təsir göstərir.

Anspress-in məlumatına görə, Şərqi İngiltərə Universitetinin psixoloqları işə velosiped və ya piyada getməyi məsləhət görürlər. Onlar qeyd ediblər ki, avtomobildən istifadə insanın diqqətini cəmləməsinə mane olur və insanın səhhətinə mənfi təsir göstərir.

10 illik araşdırmadan sonra alimlər, 18 min britanyalı ilə bu mövzuda təcrübə aparıblar. Onların 73%-i avtomobil ilə, 13%- i piyada və 3%- i velosiped ilə işə gedib. 11%- i isə ictimai nəqliyyatdan istifadə edib.

Nəticədə avtomobildən istifadə etməyən insanlar etiraf ediblər ki, onların psixologiyası və əhval-ruhiyyəsi düzəlib. Həmçinin ictimai nəqliyyatdan istifadə edənlərin də psixologiyasında sürətli yaxşılaşma müşahidə olunub.

Alimlər bildirir ki, avtomobildə uzun müddət vaxt keçirən insanlarda psixologiya korlanmış olur.

Alimlər mütəmadi piyada gəzməyi tövsiyə edirlər.

Onu da qeyd edək ki, araşdırmalar göstərdi ki, gün ərzində orta hesabla 16 kilometr piyada gəzmək döş xərçəngindən əziyyət çəkənlərin 40 %-nin, prostat xərçəngindən əziyyət çəkənlərin isə 30 %-nin ölüm riskini azaldır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.