Sağlamlıq

Qadınlar daha süd vəzi xərçəngindən ölməyəcəklər

16 Sentyabr 2014 00:30
1 Şərh     Baxış: 4 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Süd vəzi xərçəngini bu üsulla yoxlamaq olacaq

Amerikalı alimlər "elektron dəri" qurğusu hazırlayırlar. Həmin qurğu sayəsində süd vəzindəki 10 millimetrlik şişləri müəyyənləşdirmək olacaq. Görüntülər qurğunun ekranında da görünəcək.

Milli.Az xəbər verir ki, bu barədə "ACS Applied Materials & Interfaces" jurnalında məlumat dərc edilib. Alimlər iddia edirlər ki, bu qurğunun sayəsində süd vəzi xərçəngindən insan ölümünün qarşısı 94% alınacaq.

Xərçəng şişinin əvvəlcədən müəyyənləşdirilməsi onunla mübarizəni də asanlaşdırır. Bu qurğu sayəsində şişləri əvvəlcədən müəyyən etmək olacaq və digər hüceyrələri sıradan çıxarmadan qarşısını almaq olacaq. Bunun sayəsində hər il yüzlərlə qadının həyatını xilas etmək olacaq.

Hazırda süd vəzi xərçənginin aşkar edilməsi üçün müxtəlif üsullardan istifadə edilir. İlkin olaraq süd vəzinin manual yoxlanması həyata keçirilir. Şübhələr yarandıqda Ultrasəs müayinəsi ilə də yoxlanılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.