Sağlamlıq

Neyrofiziologiyada inqilab kimi kəşf

29 Avqust 2014 00:30
0 Şərh     Baxış: 2 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
 Acı xatirələri şirinləşdirməyin yolu tapıldı
Ötən il siçanların beyninə yalançı xatirələr köçürməyi bacaran Nobel mükafatı laureatı Sudzumi Toneqava heyvanların yaddaşı ilə "oynamaq" işini davam etdirib. Alim xatirələrin mənfi tərəflərini uğurlu bir şəkildə müsbətə doğru dəyişə bilib. Bunu etmək üçün kəllə beyninin neyronlarına təsir göstərib.

Milli.Az "Nature" jurnalına istinadən xəbər verir ki, artıq acı xatirələri şirinləşdirmək də olacaq. Acı xatirələrin emosional rəngi zamanla dəyşə bilir. Bununla belə, xatirələrin aspektləri (harada və necə baş verməsi) dəyişməz qalacaq. Bu proseslərin neyrofizioloji əsasları alimlər üçün hələ də qaranlıqdır.

Toneqava və həmkarları beynin abigdala adlanan bölməsindəki hüceyrə komplekslərini araşdırıblar. Optogenik metodla erkək siçanların beynindəki hadisələri elektrik enerjisinin köməyi ilə müsbət və mənfi istiqamətlərə dəyişiblər. Məlum olub ki, canlıların beynindəki acı xatirələri şirinləşdirmək olur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.