Sağlamlıq

Əvvəl özü ziyan idi, indi "dərman"ı

27 Avqust 2014 11:05
0 Şərh     Baxış: 1 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı bu növ vasitələrə qarşı radikal mübarizə elan edib

Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərə qarşı radikal mübarizəyə başlayıb.

Anspress-in məlumatına görə, qurum beynəlxalq ictimaiyyəti elektron siqaretlərdən istifadəni məhdudlaşdıran sərt qanunlar qəbul etməyə çağırıb. Səhiyyə Təşkilatı həmçinin belə süni siqaretlərin ictimai daxili məkanlarda çəkilməsinə, uşaqlara satılmasına qadağa qoyulmasını istəyir. Elmi araşdırmalar onların tütün siqaretlərlə müqayisədə daha az toksik olduğunu müəyyən etsə də təşkilat elektron siqaretlərin yeniyetmələrə və hamilə qadınların döllərinə ciddi təhlükə yaratdığını açıqlayıb. Sərt ölçülərlə bağlı çağırışlar çoxdan bəri gözlənilən ekspert səviyyəsində hesabatın elan olunmasından sonra səslənib. Ağciyər xəstəlikləri üzrə Avropanın məşhur mütəxəsisi, Bertrand Dautzenberq hesab edir ki, Ümumdünya Səhiyyə Təşkilatının elektron siqaretlərlə bağlı çağırışları ciddiyə alınmalıdır.

Fransalı mütəxəsis Bertrand Dautzenberq deyir ki, "Səhiyyə Təşkilatının işi elə ondan ibarətdir ki, insanlara nəyin ziyanlı, nəyin ziyansız olduğunu bildirsin, hansı məhsulun asılılıq yaratdığını xəbərdar etsin. Elektron siqaretlər tütün alüdəçiləri üçün faydalı olsa da hamilə qadının qarnında olan məsum dölə və ya məktəbdə oxuyan şagirdlərə xeyir gətirməyəcək".

Ümumdünya Səhiyyə Təşkilatı həmçinin elektron siqaret istehsal edən şirkətlərin heç bir elmi əsas olmadan onun siqareti tərgitməyə kömək etdiyi barədə reklam-təbliğat aparmasına son qoymaq istəyir.

Qeyd edək ki, elektron siqaretləri çəkən zaman, qurudulmuş tütün yarpağı əvəzinə, nikotinlə bol olan meyvə və ya alkoqol ətirli məhlul buxara çevrilir. Bunun sayəsində siqareti çəkən sinəsinə zərərli yanma maddələri almasa da həmin məhlulun sintetik komponentlərinin orqanizmə ziyan vurmayacağına dair heç bir zəmanət yoxdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.