Sağlamlıq

Ürəyi xəstə olanlar, yayda diqqətli olun!

1 Avqust 2014 22:20
0 Şərh     Baxış: 2 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həkimlər insanların, əsasən də ürək xəstəliklərindən əziyyət çəkənlərin uzun müddət günəş altında qalmasını yolverilməz hesab edirlər. Çünki yay mövsümü başlayandan bu xəstələrin xəstəxanalara müraciət etmə halları xeyli artıb. Həmin xəstələrin əksəriyyətini yaşlı nəslin nümayəndələri təşkil edir.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Kardioloji Xəstəxanasından verilən məlumata görə, qızmar yay günlərində bir çox xəstəliklər, əsasən də ürək işemik xəstəliyi, hipertoniya, nevroz xəstəliklərinə təsadüf olunur. Bu isə daha çox xüsusi risk qrupu altında olan insanlarda rast gəlinir. İsti hava şəraiti, ilk növbədə, ürəyi zəif adamlara mənfi təsir etdiyindən, həkimlər bu günlərdə insanları sağlamlıqlarına, xüsusən qidalanmaya qarşı daha diqqətli olmağa çağırırlar.

Vüqar Abbasov
, kardioloq: "Yay mövsümündə çoxlu qida qəbul etmək məsləhət görülmür. Çünki çox qida qəbul olunduqda insanda yanğı hissi artır, daha çox maye qəbul edir. Həddən ziyadə qidanın mənimsənilməyi çətin olduğuna görə, bu dövrdə insanlara daha asan həzm olunan qidalar qəbul etməyi məsləhət görürük. Əsasən, bitkilər, lobya, badımcan, pomidor və bol meyvə ilə qidalanmaları məqsədəuyğundur".

Yayda intensivliyi ilə seçilən xroniki ürək xəstəliyi kondisioner olan ərazidə çox qaldıqda, soyuducuda qoyulan soyuq maye və ya qida qəbul etdikdə özünü göstərir. Bununla belə, həkim-kardioloq Vüqar Abbasov bildirir ki, isti hava şəraiti bəzi ürək xəstəliklərini aktivləşdirməklə yanaşı, bir neçə xəstəliyi, məsələn, ürəyin revmatik xəstəliyinin azalmasına səbəb olur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.