Sağlamlıq

Dikdaban ayaqqabıdan imtina üçün 5 səbəb

28 İyul 2014 00:30
5 Şərh     Baxış: 5 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dikdaban ayaqqabı qadınlarda özünəinam hissi yaratdığı kimi, kişilərin də diqqətini cəlb edir. Dikdaban ayaqqabı geyinmiş qadın istər mini-yubkada, istər şalvarda olsun, daha eleqant və cəlbedici görünür. Ancaq mütəmadi olaraq dikdaban geyinmək sağlamlıqda problemlərə səbəb ola bilər.

Milli.Az Rusiya mətbuatına istinadən dikdaban ayaqqabıların yaratdığı ən geniş yayılmış problemlər haqda yazır:

Bel ağrısı

Daim dikdaban ayaqqabı geyinmək bel ağrılarına səbəb olur.

Diz oynaqlarında problemlər

Daim dikdaban ayaqqabı geyinməklə dizlərinizə ağır yük salırsınız. Nəticədə oynaqlarda artrit yarana bilər.

Beyinə gedən qan dövranının qarşısını alır

Dikdaban ayaqqabıların yaratdığı ən ciddi problem də elə budur. Hər gün 5 sm-dən hündür dikdaban ayaqqabı geyinərkən beyinə oksigen və qan axını azalır. Bu da çox ciddi problemlərə səbəb ola bilər.

Sinirlərin iltihabı

Dikdaban ayaqqabı kürəyin aşağı hissəsində ağrılar yaradır ki, bu da öz növbəsində sinirlərin iltihabına səbəb olur.

Onurğa sütunu problemləri

Dikdaban ayaqqabılar sayəsində belin daima təzyiq altında qalması onurğa fəqərələrində də problemlərə səbəb olur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.