Sağlamlıq

Uşaq kök olmalıdır, yoxsa arıq?

25 İyul 2014 09:24
3 Şərh     Baxış: 5 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox valideyn uşağın sağlamlığını köklüyü ilə ölçür

Demək olar, hər 3 valideyndən biri uşağının kök olmasından nəinki narahat olmur, hətta bunu sağlamlıq kimi qiymətləndirir. Lakin təəssüf ki, alimlərin son araşdırmaları bunun əksini iddia edir.

Anspress-in xəbərinə görə, mütəxəssislərin araşdırmalarından məlum olub ki, 31 faiz valideyn uşaqlarının kök olmasına əla baxır və bunu uşağın sağlamlığına bir işarə kimi görür. 28 faiz valideyn isə ümumiyyətlə uşağın kök və ya arıq olmasını sağlamlıqla əlaqələndirmir.

Layihənin rəhbəri olan Kaliforniya Universitetinin dosent-pediatrı xanım Ken Ri bunun yaşanmasında həkimlərdə də günah görür. Belə ki, onun fikrincə, əyər pediatr və ya məktəbin tibb bacısı kökəlməyə meylli və ya artıq çəkili uşaqlara diqqət yetirməyi ata-anaya tövsiyyə etmədikləri təqdirdə, valideyn üçün uşağın çəkisi ilə sağlamlığı arasında obyektiv olmaya bilər.

"Mən düşünrəm ki, bunun səbəbi bir çox valideynin uşağın artıq çəkidə olmasına yaxşı münasibət bəsləməsidir. Onlar elə bilirlər, uşaq böyüdükcə normallaşacaq", - deyə Ken Ri bildirir.

Bundan əlavə, o daha bir maraqlı fikir bildirib ki, məsələn, ABŞ-da ətrafda daha çox kök insanın olması valideynlərdə çəki barədə düşüncəni dəyişdirir. Onlar baş verə biləcək tibbi nəticələri düşünmədən uşağın artıq çəkisinə diqqət yetirmirlər.

5 - 20 yaş arası uşaqları olan 202 valideyn arasında keçirilən sorğuda məlum olub ki, övladların 94 faizi artıq çəkilidirlər. Uşaq yağlanması üzrə həkimlərin təyinatı ilə bu övladlar Rod-Aylend klinikasının müvafiq şöbələrinə köçürülüblər.

Valideynlər uşaqlarının bu problemi ilə necə mübarizə aparacaqlarını bilmədiklərini, sadəcə yemək rasionunda dəyişklik edib, yağsız yemək və meyvələrə üstünlük verib, fast-fuddan imtina ilə kifayətlənirlər.

Valideynlərdən 62 faizi çıxış yolunu yalnız bunda görsə də, 41 faiz valideyn uşağın fiziki fəallığını artırmağı üstün tutur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.