Sağlamlıq

Vaxtı keçmiş məhsullar doğrudanmı zərərlidir?

26 İyul 2014 00:30
0 Şərh     Baxış: 5 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bəzən bir qutu südü və ya yoqurtu, sadəcə, istifadə vaxtı bitdiyi üçün atırıq. Hətta cəmi iki gün keçsə belə. Ona verdiyimiz pulu itirmək daha yaxşıdır, nəinki xəstəlik tapmaq, elə deyil?

Sözsüz ki, heç kim xəstələnmək istəmir. Ancaq paketin üzərindəki rəqəmlərə baxmaqla onun yararsız olduğu qərarına gəlmək olarmı?

Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, ABŞ-ın Harvard Universiteti ilə Təbii resursların mühafizəsi şurasının birgə hazırladıqları hesabatda qeyd olunur ki, istehlakçılar adətən məhsulların üzərindəki istifadə müddəti haqda məlumatları düzgün anlamırlar. Çoxları bu məhsulları yararsız hesab edərək atırlar.

Əslində isə məhsulun istifadə müddəti məhsulun təhlükəsizliyinə deyil, təzəliyinə şamil edilir. Daha doğrusu, məhsulun nə qədər müddətdə təzə qaldığını göstərir. Həmin müddət məhsulun ən keyfiyyətli dövrü olur. Həmin müddət başa çatdıqdan sonra məhsulun dadında dəyişiklik ola bilər, ancaq onun təhlükəli olacağı anlamına gəlmir.

Medical Daily-nin məlumatına görə, bütün istehsalçılar məhsulun istifadə müddətini müəyyənləşdirmək üçün fərqli metodlardan istifadə edirlər. Bu isə o deməkdir ki, istifadə müddəti eyni vaxtda qurtaran fərqli məhsulların dadı da fərqli cür dəyişə bilər.

Cleveland klinikasının mütəxəssisləri isə hesab edirlər ki, südü hətta istifadə müddəti başa çatdıqdan bir neçə gün sonra da içmək olar. Yağ və yumurtanı isə hətta bir neçə həftə də istifadə etmək olar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.