Sağlamlıq

Əsəb və stress həyatımıza necə təsir edir?

24 İyul 2014 18:47
0 Şərh     Baxış: 7 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Günümüzdə əsəb və stressiz insan təsəvvür etmək çox çətindir. Bu arzuolunmaz proses insanların həyat tərzinə çevrilib və sanki, insan elə bu cür olmalıdır. Əslində isə əsəblərə hakim kəsilməyin vaxtıdır. Mütəxəssislərin sadaladığı əsəbin yaratdığı arzuolunmaz nəticələrlə tanış olaq.

Əsəb, stress, aqressiya - sağlam həyat üçün təhlükədir. Bu çağırışı həm həkimlərdən, həm də tibbi anlayışı olmayan şəxslərdən tez- tez eşidirik. Gündəlik həyatında bu hissləri yaşamayan çox az adam tapılar. Emosiyasız həyat yoxdur. Ayıq insan hər zaman nə isə hiss edir, iş həyatına və xüsusilə iş yoldaşları ilə olan münasibətinə müəyyən qədər təsir edir.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, stressin yaranma səbəblərinin əsasını insanın ilk qarşılaşdığı və ona qeyri-adi təsir edən amillər təşkil edir. Gününün çox hissəsini işdə keçirən şəxslərdə əsəbi gərginlik daha çox müşahidə olunur. Bunun əsas səbəbi isə həmin şəxslərin istirahət üçün daha az vaxt ayırmaları və təkrarlanan iş rejimidir. Almaniya və Yaponiya kimi ölkələrdə hər iş gününün başlanğıcında işçilərə psixoloji testlər verilir. Testin nəticəsində işçinin psixoloji durumu yerində olmazsa, həmin gün onun işləməsinə icazə verilmir. Bəs həmin gərginlik psixoloji aspektdən nələrə gətirib çıxarır?!

Psixoloq: "Hər hansı bir xidmət sektorunda fəaliyyət göstərən şəxs əsəbidirsə, konsentrasiyası pozulacaq, diqqət dağınıqlığı yaşayacaq və ona müraciət edən müştəriyə lazımi cavabı verə bilməyək. Əgər texniki işlərlə məşğul olan bir insandırsa, əsəbi vaxt onun diqqətinin yayılması fəaliyyətinə daha ciddi təsir göstərə bilər".

Əslində stress və əsəbin yaratdığı problemlərin ən dəhşətlisi tibbi tərəfdən özünü göstərir. Çünki əsəb bir sıra psixoloji və fiziki patologiyaların inkişafına yol aça bilir.
Həkim: "Endokrin xəstəliklər, şəkərli diabet, qan dövranı pozğunluqları kimi xəstəliklərin yaranma səbəbləri stressdir. Psixonevroloqların stress nəticəsində yaranan xəstəliklər sırasında ən çox rast gəldikləri bütün dünyada aktual olan fobik nevrozlar və sayrışan nevrozlardır".

Mütəxəssislərin fikri sonda belə bir nəticə çıxarmağa imkan verir ki, həm psixologiyamızı, həm də səhhətimizi qorumaq üçün mütləq əsəblərimizi qorumalıyıq. Elə ən güclü insan da zəruri məqamda özünü cilovlamağı bacarandı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.