Sağlamlıq

Ölüm gətirən zəhər, yoxsa həyat verən cövhər?

23 İyul 2014 00:30
3 Şərh     Baxış: 3 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qəhvə. Bu içkinin ətrafında nə qədər əfsanələr dolaşır... Hamı deyir ki, qəhvə zərərli içkdir. Ürək xəstəliklərinə, xərçəngə, sonsuzluğa və s. səbəb ola bilər. Məhz bu səbəblərdən də çox adam qəhvədən imtina edir. Bununla belə, çoxsaylı araşdırmalar göstərir ki, qəhvə deyildiyi qədər də təhlükləli deyil.

Ətirli təbib

Əvvəllər nəzərə alınmırdı ki, qəhvə həvəskarları həm də çoxillik siqaret çəkən adamlardır. Ürək xəstəliklərinə isə məhz bu amil səbəb ola bilər.

Milli.Az-ın məlumatına görə, son araşdırmalar göstərib ki, hətta gün ərzində 6 fincan qəhvə içmək belə ürək xəstəliklərinə səbəb ola bilməz.

120 min adam üzərində aparılan araşdırmadan sonra alimlər belə bir nəticəyə gəliblər ki, günə bir neçə fincan içən kişilərdə diabet riski 50 faiz azalır. Qadınlarda isə risk 30 faiz azalır. Bütün məsələ qəhvənin içində zəngin olan maqnium və tokoferolax maddələrindədir. Bu maddələr bədəndə insulin yaranmasını stimullaşdırır, zülal metabolizmini gücləndirir.

Bu içki Parkinson xəstəliyinin yaranmasının da qarşısını alır. Tədqiqatlar göstərir ki, gündə beş fincan qəhvə içən adam, demək olar ki, bu xəstəliyə tutulmur.

Kofe qara ciyəri serrozdan da qoruyur. Xəstəlik riskini 80% azaldır. Gündə 3-4 fincan qəhvə içmək kifayətdir ki, serroz riskini azaldasınız.

Qəhvə həm də güclü oksidləşmə əleyhinə maddədir. O, ürək-damar sistemi xəstəlikləri riskini azaldır.

Kofeinsiz qəhvə


Əgər qəhvə içdikdən sonra xoşagəlməz simptomlar - narahatlıq, yuxusuzluq, baş gicəllənməsi yaranırsa, onda kofeinsiz qəhvə için.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.