Sağlamlıq

Bunları bilirsinizmi?

22 İyul 2014 12:05
6 Şərh     Baxış: 2 023
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan bədəninin möcüzələri

Milli.Az anspress-ə istinadən insan bədəninin möcüzələri haqda məlumatları sizə təqdim edir.

Bədənimizdəki damarların ümumi uzunluğu 96 min kilometrdir. Bu uzunluq ilə dünyanı 3 dəfə dolaşmaq olar.

İnsan gözü o qədər həsassdır ki, əgər dünya düz olsaydı, 60 km uzaqdakı şam işığını görə bilərdi.

İnsan beyni dəqiqədə 1000 kəlmə oxuya bilər.

İnsan saçı 12 ton çəkisi olan yük qaldıra bilər.

İnsan bədənindən 30 dəqiqədə çıxan enerji ilə 4 litr su qaynatmaq olar.

İnsan bədənində şimpanzedə olan qədər tük var. Lakin onların çoxu görünmür.

İnsan sümüyü qranit kimi möhkəmdir. Sümüklər 9 ton yük qaldıra bilər.

İnsan beyni kompüter olsaydı, saniyədə 38 katrilyon iş görə bilər. Dünyanın ən güclü kompüteri olan "BlueGene" bu rəqəmin 2/1000 görə bilir.

Körpələrin əksəriyyəti mavi gözlü doğulur. Lakin ultrabənövşəyi işıqların təsirindən rəng dəyişir.

Bir dırnağın tam böyüməsi üçün 6 ay lazımdır.

Böyrəklərimizdə 2 milyona yaxın filtr var ki, onlar da hər dəqiqədə 1,3 litr qan təmizləyir.

Hər bir insanın özünə xas qoxusu var. Bu qoxu ancaq əkizlərdə eyni ola bilər.

Çox yuxu görmək yüksək İQ səviyyəsindən xəbər verir.

Səhər yuxudan duranda 1 sm daha uzun oluruq. Bunun səbəbi onurğa qığırdaqlarımızın gün boyunca yığılmasıdır.

Bədənimiz hər saniyə 25 milyon yeni hüceyrə istehsal edir.

İnsan beyni bütün bədənin oksigeninin 20 faizini təkbaşına istifadə edir.

Bəzi qadınlar çox insanla müqayisədə dünyanı daha rəngli görürlər. İnsanların əksəriyyətində 3 tip rəng qəbuledici olsa da, az qism qadınlarda bu say 4-5 arasında olur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.