Sağlamlıq

Sosial şəbəkələrin insanda hansı xəstəlik yaratmasından xəbəriniz var?

25 Aprel 2014 09:18
0 Şərh     Baxış: 1 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-ın Miçiqan Universitetində aparılan bir araşdırma sosial şəbəkələrin insanda narsizmi (özünə heyranlıq) artırdığını ortaya çıxarıb.

Milli.Az ailem.az-a istinadən bildirir ki, araşdırmanın nəticələrinə görə, özünübəyənmiş insanlar "Facebook" və "Twitter" kimi sosial şəbəkələrdə özünəməxsus eqoya sahib olurlar.

Araşdırmaçılar orta yaşlı narsistlərin tez-tez "Facebook"da şəkil və ya statuslarını yenilədiklərini, gənc narsistlərin isə "Twitter"də tez-tez "twit" ataraq eqolarını razı saldıqlarını bildirib.

Orta yaşlı "Facebook" istifadəçiləri sosial ətrafı üçün bir imic yaradır və bu imicin onlar tərəfindən necə qiymətləndirildiyinə nəzarət edir. "Twitter" isə gənclər üçün "meqafon" xidməti daşıyır.

Sosial şəbəkə istifadəçiləri paylaşdığı hansısa status və şəkillərdən əldə etdyi "like"lar ucbatından özlərini həddən çox bəyənməyə başlayırlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.