Sağlamlıq

Qeysəriyyəyə ciddi rəqib - VİDEO

22 Aprel 2014 14:12
6 Şərh     Baxış: 4 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq dünyada çox geniş yayılan suda doğuş ona görə qadınlar tərəfindən həvəslə qarşılanır ki, ilıq su vannası doğuş sancılarını azaldır

Milli.Az interpress.az-a istinadən xəbər verir ki, tarixdə ilk suda doğuş Misirdə olub. Qədim misirlilər bu üsuldan yararlanıb. İllər uzunu suda doğuş unudulub. Lakin 1803-cü ildə Fransada yenidən təkrarlanıb. Doğumu çox uzun sürən bir qadını ilıq su ilə dolu bir vannaya salırlar. İlıq su içində yatan hamilə qadının doğum sancılarını su azaldır və o, rahatlıqla döldən azad olur.

Araşdırma zamanı bəlli olub ki, 1970-ci illərdə Rusiya və Fransada suda doğuş halları artır. Bu, az qala dəb halını alır. 1980-1990-cı illərdə İngiltərə, Kanada və Avropa ölkələrində də bu üsul geniş yayılır.

Suda doğuşun faydaları nədir?

Bu metodun əsas faydası ananın daha rahat və ağrısız doğuşuna nail olmaqdır. Suyun istiliyi uşaqlığa gedən qan axınını artırır. Artan oksigen isə ağrıları azaldır. İlıq su doğulacaq uşağın çıxış nöqtəsini daha elastikləşdirir. Bu, doğuş zamanı uşaqlıqda yarana bilcək hər hansı yırtığın qarşısını alır. Ekspertlər isə suda doğulan uşaqların sağlam və daha az ağlayan olduğunu iddia edirlər.

Suda doğuş etibarlıdırmı?

Bu mövzuda aparılan araşdırmaların daha məşhuru 1999-cu ildə İngiltərənin "British Medical Journal" adlı dərgisində çap olundu. R.Gilbert və P. Tookeyin hazırladığı araşdırma 1994-96-cı illərdə İngiltərədə həyata keçirilən 4029 suda doğuşu əhatə edirdi.

Bu araşdırmaya görə, o illərdə hər min doğuşdan 6-sı suda baş tuturdu. Təhqiqatçılar suda doğulan körpələri ənənəvi yolla dünyaya gələn uşaqlarla müqayisə edirdi. Nəticəyə görə, ənənəvi qaydayla doğulan uşaqlarla, suda doğulanlar arasında ölüm hallarında rəqəm fərqi yox idi.

Kimlər suda doğa bilməz?

Herpes infeksiyası olanlar, dölün başının deyil, arxasının çıxış nöqtəsinə yaxın olmasından, vaxtından qabaq doğuş, hamiləlik zəhərlənməsi, şəkər kimi xəstəliklərdən əziyyət çəkənlər suda doğuşdan yararlana bilməzlər

Suyun istiliyi necə yoxlanmalıdır?


Doğuşun baş tutacağı vannadakı suyun hərarəti qadının vücudunun temperaturuna uyğun olaraq 37 dərəcə təşkil etməlidir. Suyun istiliyi doğuş zamanı ardıcıl yoxlanılmalı və 37 dərəcədə qalmalıdır.

Uşaq suyun altında nəfəs alırmı?

Suyun istiliyi və uşağın başının suyun içində olması nəfəs alma refleksini əngəlləyir, soyuq isə nəfəs alma refleksini artırır. Körpənin başı isti suyun içindən çıxarılıb daha soyuq olan hava ilə təmasa girən kimi tənəffüs refleksi artır və uşaq dərindən nəfəs almağa başlayır.

Milli.Az


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.