Sağlamlıq

Özünü bağışlamaq qorxunc xəstəlikdən qoruyur

20 Aprel 2014 15:19
0 Şərh     Baxış: 1 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Böyük Britaniyanın Braydens Universitetinin əməkdaşları bir sıra tədqiqatlar apararaq müəyyən ediblər ki, özünə qarşı sərt olan insanlar daha çox xərçəngə və ürək-damar sisteminin xəstəliklərinə yoluxurlar. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, 40 könüllü üzərində tədqiqat aparılıb. Onların hamısı bir neçə psixoloji testdən keçirilib. Məlum olub ki, özlərini bağışlamağı bacaranlar öz mənliklərinə daha hörmətlə yanaşırlar, onlar problemləri özlərinə dərd etmir və psixoloji planda daha irəli gedirlər.

Belələri uzunmüddətli depressiyadan əziyyət çəkmir, ağır stressə məruz qalmırlar. Nəticədə səhhətlərində psixoloji durumla əlaqəli problemlər yaranmır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.