Sağlamlıq

Yazın gəlişi insanlarda depressiya yaradır - VİDEO

17 Aprel 2014 13:12
0 Şərh     Baxış: 1 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu mövsümdə xroniki və kəskin respirator xəstəliklər sürətlə yayılır

Yaz fəsli öz gəlişilə mövsumi xəstəlikləri də gətirir. İmmuniteti zəif olan insan isə bu xəstəliklərdən özünü qoruya bilmir.

Allergiya, qrip, qızartılı qaşınmalar, bunlar insanlar arasında, demək olar ki, ən çox müşahidə edilən xəstəliklərdəndir. Xüsusilə qışdan sonra insanlarda avitaminoz çatışmazlığı yaranır ki, bu da həmin xəstəliklərin sürətlə yayılmasına gətirib çıxarır. Yaz xəstəliklərindən daha çox azyaşlı uşaqlar və yaşlılar əziyyət çəkirlər. Təbiətdəki tozlanma onlarda bronxit, asma və rinitlərin daha çox aktivləşməsinə səbəb olur. Həkim Adil Qeybulla fəsil dəyişikliyinin mədə-bağırsaq və ürək-damar xəstəlikləri olan insanlara da təsirsiz ötüşmədiyini deyir.

Milli.Az anspress-ə istinadən bildirir ki, Adil Qeybullayevin sözlərinə görə, mədə xorası, 12-barmaq bağırsağın xora xəstəliyi yaz və payız aylarının əsas xəstəliklərindəndir: "Bu, cür xəstəliy olan insanlar mütləq həkimə getməlidir ki, xroniki hal almasın, soyuqdəymə kimi xəstəliyi insanlar çalışmalıdır ki, ayaqüstü keçirməsinlər. Yataq şəkilində olmalıdır ki, daha da ağırlaşmasın".

Yaz fəslində allergik xəstəliklərdən ən çox uşaqların əziyyət çəkdiyini deyən həkim bunun daha çox qızdırma, ishal və qusma şəkilində özünü göstərdiyini bildirdi. Uşaqların immun sistemi nisbətən zəif olduğundan belə hallar müşahidə edildiyi təqdirdə həkimə müraciət edilməsi məsləhət görülür.

Yaz fəslində insanlarda xroniki depressiya da üzə çıxır ki, bu da halsızlıq, yuxusuzluq kimi əlamətlərlə müşahidə olunur. İştahasızlıq da bu depressiyanın əsas əlamətlərindən hesab olunur. Psixoloqlar belə olan halda depressiyaya düşən insanların tənhalığa qapıldığını və ətraf aləmdən təcrid olunduğunu deyir.

Psixoloq Aidə Nəbiyeva yaz depressiyasından qorunmaq üçün açıq havada gəzməyi, bol-bol meyvə və tərəvəzlərdən istifadə etməyi məsləhət görür.

Psixoloq Aidə Nəbiyeva deyir ki, insanlar çalışsınlar şoppinq etsinlər, rəngarəng paltarlar geyinsinlər, evdən gün ərzində çox çıxsınlar, havayla təmasda olsunlar, insanlarla ünsiyyətdə olsunlar, üzgüçülüyə başlamaq olar fəsildə çox yaxşı da təsir edər. Bu insanlara, dənizə getsinlər bir sözlə təbiətdə daha çox olsunlar.

Hər halda sadalanan məsləhətlərdən faydalanmağa dəyər. Əks halda xroniki xəstəliklər və depressiyanı özümüzə daha yaxın buraxmış olarıq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.